İtaliyanın Luka şəhərindəki Kapannori Tassignano hava limanından havaya qalxan və içərisində bir italyan pilot və 6 xarici vətəndaşın olduğu Agusta Koala AW119 tipli helikopterin radardan itdiyi bildirilir.
Medianews.az xəbər verir ki, helikopterin Modena şəhərindəki Pavullo nel Frignano hava limanına uçduğu, lakin havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra helikopterlə əlaqənin kəsildiyi bildirilir.
İtaliya mətbuatında çıxan xəbərdə bildirilir ki, Pievepelaqo və San Pelleqrino arasındakı bölgədə vertolyotla axtarış-xilasetmə əməliyyatları aparılır.
Leyla, Medianews.az