ABŞ-ın Cons Hopkins Universitetinin alimləri siqaretlərin orqanizmə zərərinin azaltmağının yollarını araşdırıb.
Araşdırmalara görə, hər gün 3 alma və 2 pomidor yeməklə siqaret çəkməyin ağciyərin sağlamlığına olan mənfi təsirini azalmaq, ağciyərdə gedən patoloji prosesləri ləngitmək mümkündür.
Həmçinin məlum olub ki, 3 alma və 2 pomidorun gündəlik istehlakı siqaret çəkməyən insanlara da ağciyəri möhkəmləndirməyə kömək edir.