Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis baş leytenantı Bəşirli Vasif Bəliyar oğlunun səs yazıları yayılıb.
Medianews.az-ın Trend-ə istinadla məlumatına görə, sosial şəbəkələrdə video formatda yayılan səs yazısında yol polisi rəisi Vasif Bəşirlinin qabaqcadan əlbir olduğu şəxslə birlikdə vətəndaşlardan rüşvət alaraq onları Şabran rayonunda işə düzəltdiyi iddia olunub.
Səs yazısında yol polisi rəisi olduğu deyilən şəxs digərindən tələb edir ki, işə düzəltdiyi şəxslərin hər birindən məcburi halda 400-500 manat alıb ona gətirsin. Səs yazısında həmin şəxs deyir ki, digər şəxslərdən ilk ayının maaşı rüşvət kimi tutularaq ona veriləcək.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu məlumatla bağlı araşdırma aparılır.