Dondurma ət məhsulları kimi riskli qidalara daxildir. Bütün riskli məhsulların daşınmasından öncəki proses istehsal sexlərindən başlayır. Bu gün dondurma istehsal olunan avadanlıqların yaxşı yuyulması, gigiyenik cəhətdən təmiz olması, kimin bu prosesə nəzarət etməsi sual altındadır.
Bu fikirləri beynəlxalq münsif, qida eksperti Ağa Salamov deyib.
Ekspert bildirib ki, dondurma sexində qida qalırsa, 3-4 saatdan sonra həmin yer mikrobioloji çirklənməyə məruz qalır: “Dondurma sexlərində axşam iş bitəndən sonra bütün avadanlıqlar dezinfeksiya olunub təmizlənməlidir ki, orada qida qalıqları qalmasın. Hətta bir damcı dondurma belə orada qalmamalıdır. Bəzən yaxşı təmizlənmir, eyni təmizlik vasitəsi ilə bütün sexi təmizləyirlər ki, bu da çarpaz çirklənməyə səbəb olur. Buna görə də ilk olaraq istehsal sexlərində təmizliyə riayət olunmalıdır”.