Almaniyanın sabiq kansleri Angela Merkel uzun illər Rusiya və Putinlə bağlı siyasətini müdafiə edib. Merkel etdiklərinə görə peşman olmadığını, heç bir üzr istəməyəcəyini də bildirib. Keçmiş baş nazir Putinin Aİ-ni dağıtmaq istədiyini iddia edib.
Medianews.az bunu xarici mətbuata istinadən xəbər verir.
Sabiq baş nazir Merkel vaxtında Rusiya-Ukrayna müharibəsinin qarşısının alınması üçün adekvat tədbirlərin görülmədiyini deyib.
Merkel vəzifədə olduğu müddətdə nələrə etinasızlıq göstərdiyi ilə bağlı sualı da özünə verdiyini deyərək əlavə edib ki, belə bir faciənin qarşısını almaq üçün daha çox iş görülə və ya qarşısını ala bilərdimi? – deyə çox düşünürəm.
Baş nazirliyi dövründə Rusiya və Ukrayna ilə bağlı yürütdüyü siyasəti müdafiə edən Merkel qeyd edib ki, indi səhv olduğunu deyə biləcəyim heç bir şey etməmişəm: “Ona görə də üzr istəməyəcəyəm”.
Merkel həmçinin Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq üçün əvvəllər təhlükəsizlik mexanizmlərinin yaradılmasında uğur qazanmadığını da bildirib: “Vəzifədə olduğum müddətdə Rusiyaya qarşı dözümlü olmağımla bağlı fikirləri rədd edirəm”.
Medianews.az