Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavoduna məxsus poliqonda sursat partlayıb.
Nazirlikdən verilən məlumata görə, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.
“Bir nəfər – Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər”, – məlumatda bildirilir.
Medianews.az