Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Dünya Bankı Ukrayna üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləyib. Yeni maliyyələşmənin dövlət və sosial işçilərin maaşlarının ödənilməsinə yönəldiləcəyi öyrənilib.
Bankdan edilən yazılı açıqlamada, yeni maliyyələşdirmənin Dünya Bankının səfərbər etdiyi cəmi 4 milyard dollardan çox dəstək paketinin bir hissəsi olduğu ifadə edildi.
Açıqlamada sözügedən fondun təxminən 2 milyard dollarının xərcləndiyi, Dünya Bankının İcraçı Direktorlar Şurasının ölkədəki dövlət xərclərini dəstəkləmək məqsədilə Ukraynaya 1,49 milyard dollar əlavə maliyyə ayrılmasını təsdiqlədiyi bildirilib.
Yeni maliyyələşmənin dövlət və sosial işçilərin maaşlarının ödənilməsinə yönəldiləcəyi öyrənilib.
Bəyanatda yeni resurs üçün İngiltərə, Hollandiya, Litva və Latviyanın maliyyə zəmanətlərindən istifadə edildiyi, resursun İtaliyadan paralel maliyyələşdirmə və Çox Donor Etimad Fonduna töhfələrlə də dəstəkləndiyi bildirilib.
Bəyanatda fikirləri yer alan Dünya Bankının prezidenti David Malpass, Dünya Bankı Qrupunun davam edən müharibə qarşısında Ukraynaya və xalqına davamlı dəstək verdiyini bildirib.
Malpass açıqlamasında maliyyə dəstəyini səfərbər etmək və ukraynalıların səhiyyə, təhsil və sosial müdafiəyə çıxışına kömək etmək üçün müxtəlif maliyyə alətlərimizin çevikliyindən istifadə etmək üçün donor ölkələrlə işlədiklərini deyib.
Medianews.az