ABŞ Maliyyə Nazirliyi təkrar bazarda Rusiya korporativ istiqrazlarının və səhmlərinin alınmasını qadağan edib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən mövzu ilə bağlı yenilənən məlumatda, ABŞ tərəfindən Rusiyadakı təşkilatların çıxardığı həm yeni, həm də mövcud istiqraz və səhmlərin alınmasını qadağan etdiyi açıqlanıb.
Əvvəllər yeni buraxılmış Rusiya istiqrazlarının və səhmlərinin alınmasına qadağa qoyan ABŞ administrasiyası yeni tənzimləmə ilə artıq təkrar bazarda dövriyyədə olan istiqraz və səhmlər üçün də qadağanı qüvvəyə salıb.
ABŞ və müttəfiqləri Rusiyanın Ukraynada başladığı müharibədən sonra Moskvanı maliyyə cəhətdən təcrid etmək üçün müxtəlif sanksiyalar tətbiq olunub.
ABŞ administrasiyası sonuncu dəfə mayın 24-də Rusiyaya ABŞ investorlarına istiqraz ödənişləri etməyə icazə verən azadlığın uzadılmayacağını açıqlamışdı. Sözügedən müddətin başa çatması ilə Rusiyanın sərmayəçilərə ödəniş etməsinə mane olmaq nəzərdə tutulurdu.
Medianews.az