ABŞ-da 82,1 milyon doza koronavirus peyvəndinin atıldığı qeydə alınıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, NBC-nin hesabatına görə, 2020-ci ilin dekabrından mayın ortalarına qədər 82,1 milyon doza COVID-19 peyvəndi istifadə edilə bilmədiyi üçün ölkə daxilində apteklər tərəfindən atılıb.
Atılan dozaların federal hökumət tərəfindən əyalətlərə verilən ümumi məbləğin yüzdə 11-ə uyğun olduğu öyrənilib.
Oklahoma və Alyaskanın dövlət əsaslı olaraq sahib olduqları peyvəndlərin təxminən 28 faizinin tullantıya çevrildiyi qeyd edilib.
Medianews.az