Çərşənbə, 6 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Həmin ərazilərin nəzarətini Azərbaycan silahlı qüvvələri öz əlinə almalıdır”-Tural Abbaslı

XƏYALƏ
06/06/2022 15:22
A A
94
BAXIŞ
FacebookTwitterTelegram

Dünən Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında, Şuşanın Kiçik Qaladərəsi kəndində ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaradıblar. Hadisənin necə bitdiyi məlum deyil.

Mövzu barədə Medianews.az-a danışan Ağ Partiya sədri, siyasətçi Tural Abbaslı bu kimi hadisələrin tez-tez baş verdiyini bildirdi:
“Burada ermənilərin azərbaycanlıların avtomobil, yaxud hərbi, mülki kolonlarının rusların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindən keçməsinə maneə törətməsi mütəmadi hal alıb. Bu, əslində, qəbuledilməz və yolverilməzdir. 1989-1990-cı illərdə Qarabağ problemi də məhz belə başlamışdı. O zaman azərbaycanlıların Xankəndiyə, digər ərazilərə gedən zaman yollarını kəsir, daşqalaq edir, avtomobil yollarına təkərləri deşmək üçün xüsusi vasitələr quraşdırırdılar. Əslində, dünyaya və öz daxili auditoriyalarına həmin ərazilərin guya onlara aid olduğu mesajını verirlər. Köhnə taktikadan istifadə edirlər. Yəni guya “bura bizimdir, biz istəməsək, buraxmarıq” deyirlər. Bunlar həm Azərbaycan ictimaiyyətinə, həm də təbii ki, Ermənistanın daxili auditoriyasına hesablanmış addımlardır”.

Siyasətçi “ruslar niyə buna şərait yaradır”? sualına cavab olaraq bildirdi ki, bu məsələdə ruslar və ermənilərin mövqeyi üst-üstə düşür:
“Ruslara sərf edir ki, bu məsələ həll olunmasın, qanayan yara kimi qalsın. Rusiya bundan istifadə edərək həm Ermənistanı, həm Azərbaycanı siyasi, iqtisadi təsir altında saxlamaq istəyir. Yəni Rusiyanın qətiyyən marağında deyil ki, buradakı münaqişə birdəfəlik köklü şəkildə həll olunsun. Ermənilər dünyaya mesaj verirlər ki, “biz Qarabağdan imtina etməmişik”. Orada yaşayan yerli qarabağlılara mesaj verirlər ki, “buralar bizimdir, buradan qaçmayın”. Həm də Ermənistanda etiraz edən, narazılıq bildirən Ermənistan əhalisinə mesaj verirlər ki, “biz dirəniş göstəririk, buralar bizimdir, narahat olmayın”. Amma təbii ki, bunlar onların düşüncəsidir”.
Tural Abbaslı Azərbaycan tərəfinin cavablarına gəlincə qeyd etdi ki, Azərbaycan tərəfi bu məsələləri ilk növbədə konkret, kəskin üslubda tənqid etməlidir:
“Ultimativ qaydada həm Rusiyaya, həm orada yaşayan etnik erməni sakinlərə xəbərdarlıq etməlidir ki, bu, qanunvericiliyə ziddir və növbəti dəfə belə hərəkət olacağı təqdirdə təbii ki, Azərbaycan hərbi müdaxilə ilə öz hüquqlarını bərpa edəcək. Çünki əgər biz bu gün Kürdəmirə gedən zaman Kürdəmirdə yolunu kimsə kəsib Azərbaycan avtomobillərini ora buraxmırsa, dövlətin reaksiyası necə olacaqsa, eynilə də həmin ərazilərdə hərəkət edən zaman bizim yollarımızı kəsən adamlara da reaksiyamız eyni olmalıdır. Təbii ki, bu məqamdan da istifadə edib Rusiyafobiyanın, ruslara qarşı böyük reaksiyanın olduğu bir zamanda onların Qarabağdakı destruktiv fəaliyyətini də tirajlamalıyıq. Yəni getdikcə həmin ərazilərin nəzarətini Azərbaycan silahlı qüvvələri öz əlinə almalıdır. Təbii ki, bunların olmasını istəmiriksə, Xankəndiyə hərbi müdaxiləyə qədər çox kəskin və qətiyyətli addımlar atılmalıdır”.

Zərif Ülvizadə

Medianews.az

DAHA ÇOX OXU

1-MANŞET

Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ – “RUS HƏRBÇİLƏR…”

05/07/2022
1-MANŞET

“Location”dakı partlayışda zərərçəkmiş 53 şəxsin TAM SİYAHISI

05/07/2022
Dünya

Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı oldu

05/07/2022
1-MANŞET

Özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayevin istintaqı başa çatdı

05/07/2022
1-MANŞET

Müstəqillik Günündə ABŞ-ı qana bulayan 22 yaşlı gənc TUTULDU – FOTO

05/07/2022
1-MANŞET

Ukrayna bayrağı rəngində geyimləri ilə gündəm olan rus kosmonavtlardan YENİ XƏBƏR (FOTOLAR)

05/07/2022
SON XƏBƏR

“Taksi sürücüsündən yol soruşursan, səndən pul istəyir”-Nəqliyyat eksperti

"Meyitxanada dirilən əsgər qolumdan tutub dartdı" - Xalq artisti ilə MÜSAHİBƏ

Günvurmasından necə qorunaq?

Xəbər lenti

ARB-nin xanım əməkdaşı şantaj edilir: “Pul tələb edirlər” – FOTO

2022/07/06 00:44

Neft 380 dollar olarsa, nə baş verər?- “Təyyarələr, zavodlar, maşınlar…”

2022/07/06 00:27

Nərimanov rayonunda məhəllə narkomanların yuvasına çevrilib, sakinlər narahatdır – VİDEO

2022/07/06 00:11

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdi

2022/07/05 23:58

“Neçə gündür onun üçün ürəyim ağlayır” – Aybəniz Haşımova

2022/07/05 23:53

Qarabağdan taxılın daşınması dayandı – Erməniləri aclıq gözləyir

2022/07/05 23:47

Daha bir yüksək vəzifəli şəxs işdən azad ediləcək – Qərar VERİLDİ

2022/07/05 23:42

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi – FOTO

2022/07/05 23:36

Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ – “RUS HƏRBÇİLƏR…”

2022/07/05 23:31

“Location”dakı partlayışda zərərçəkmiş 53 şəxsin TAM SİYAHISI

2022/07/05 23:25

“Bolt” sürücüsü qəpikləri müştərinin üzünə çırpdı – VİDEO

2022/07/05 23:23

Bir gündə Bakıda beş taksi qəza törətdi: Üçü “Prius”dur – FOTO

2022/07/05 23:16

Amerikanın ən gənc milyarderi oldu

2022/07/05 23:09

Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı oldu

2022/07/05 23:08

Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər

2022/07/05 23:05

Özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayevin istintaqı başa çatdı

2022/07/05 22:58

Müstəqillik Günündə ABŞ-ı qana bulayan 22 yaşlı gənc TUTULDU – FOTO

2022/07/05 20:55

Ukrayna bayrağı rəngində geyimləri ilə gündəm olan rus kosmonavtlardan YENİ XƏBƏR (FOTOLAR)

2022/07/05 20:47

Boynunu sındıraraq öldürdüyü həyat yoldaşının dəfnində yalandan ağladı – 18 illik həbs cəzası aldı

2022/07/05 20:41

Rusiyada daha bir milyarderin şübhəli ölümü – Başından güllələnmiş halda tapıldı

2022/07/05 20:32

Metroya balta ilə girən şəxs saxlanıldı – Cinayət işi başladıldı

2022/07/05 20:26

2 gənc qız onlara söz atan şəxsi belə döydülər – ANBAAN VİDEO

2022/07/05 20:08

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir

2022/07/05 20:02

Fərruxda tapılan şəhid qalıqlarının aqibəti – VİDEO

2022/07/05 19:23

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.