Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan kürd əsilli isveçli siyasətçi Əminə Kakabavehin terror təşkilatlarını dəstəklədiyi üçün İsveçdən Türkiyəyə ekstradisiyasını istəyib.
Medianews.az xəbər verir ki, Əminə Kakabaveh mövzu ilə bağlı ilk dəfə danışıb.
NATO böhranının əsas fiqurlarından birinə çevrilən Kakabaveh “Mən İran əsilli kürd vətəndaşıyam. Türk deyiləm” sözləri ilə Ərdoğana cavab verib.
Rusiya – Ukrayna müharibəsi başalayandan sonra İsveç və Finlandiyanın NATO-ya yaxınlaşması Türkiyə ilə Qərb bloku arasında gərginlik yaradıb. Uzun zamandır bütün gözlər Ərdoğanın Türkiyəyə ekstradisiyasını istədiyi kürd əsilli İsveç siyasətçisi Əminə Kakabavehdə idi.
Qeyd edək ki, Ərdoğan Əminə Kakabavehi nəzərdə tutaraq “”PKK tərəfdarları İsveçdə parlamentə girə, orada çıxışlar edə bilirlər. Bizim onlar üçün NATO üzv olmalarına “hə” deməyimiz mümkün deyil”, – deyə açıqlamasında bildirmişdi.
Medianews.az