Rusiya ordusu Suriyanın şimalında YPG/PKK-nın işğalı altında olan “Kamışlı hava limanı”nda müdafiə sistemi qurub və Tel Rıfat ətrafında havadan kəşfiyyat aparır.
Medianews.az xəbər verir ki, Rusiya ordusu “Pantsir-S1” qısa və orta mənzilli hava hücumundan müdafiə sistemini Fərat çayının şərqində, Nusaybin ilə üzbəüz yerləşən Kamışlı Hava Limanına yerləşdirdiyi məlum olub.
Türkiyə sərhədindən 18 kilometr aralıda yerləşən Tel Rıfat və Suriya ərazisində, Mardinin Nusaybin rayonu ilə üzbəüz Kamışlı rayonundakı mənbələrdən əldə edilən məlumata görə, Rusiya hərbi ünsürləri bölgədə nəzarəti gücləndirməyə çalışır.
Həftənin əvvəlindən etibarən Rusiya hərbi helikopterləri YPG/PKK-nın işğalı altında olan Tel Rıfat üzərində bir neçə gün fasilələrlə kəşfiyyat uçuşları həyata keçirir.
Rusiya qüvvələri də İranın dəstəklədiyi terrorçu qrupların Tel-Rifat bölgəsində təsirlərini artırmasının qarşısını almağa çalışır. Rusiya hakimiyyəti mayın 30-da rejim rəsmiləri və YPG/PKK liderləri ilə görüşlərinə qatılmaq istəyən iranlılara icazə verməyib. Həmin gün rus əsgərləri bu yerin cənub-qərbində rejimin nəzarətində olan Nubul Zəhra bölgəsindən Qrad raket sistemləri ilə Tel Rifat bölgəsinə daxil olmaq istəyən İranın dəstəklədiyi terrorçu qrupların qarşısını alıb.
Medianews.az