Cümə, 19 Aprel 2024

Penitensiar xidmətlə DİN-in birgə əməliyyatı: Quyuda gizlədilmiş heroin tapıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) Qaradağ rayon Polis idarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan narkotik maddə – heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

DAHA ÇOX OXU

Xəbər lenti