Cümə, 29 Mart 2024

Avtomobilində yanaraq öldüyü deyilən şirkət direktoru Yasamalda saxlanıldı

Sabirabadda avtomobilində yanaraq öldüyü deyilən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunmuşdur.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Medianews.az

DAHA ÇOX OXU

Xəbər lenti