Rusiya-Ukrayna müharibəsi başlayan gündən iyunun 1-dək olan statistikaya əsasən mülki əhali arasındakı itkilər açıqlanıb.
Medianews.az xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Ali İdarəsi məlumat yayıb.
Məluatda bildirilib ki, Ukraynadakı müharibə azı 4169 mülki şəxsin həyatına son qoyub, 4982 nəfər isə yaralanıb.
BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibədə 1580 kişi, 1038 qadın, 102 oğlan və 99 qız həyatını itirib. Ölən 67 uşaq və 1283 böyüklərin isə cinsiyyəti hələ müəyyən edilməyib. Yaralanan 4982 nəfərin 140-ı oğlan, 115-i isə qızdır.
Bildirilir ki, cinsiyyəti hələlik müəyyən edilməmiş 168 yaralı uşaq var.
Leyla, Medianews.az