Avropa Parlamentinin (AP) sədri Roberta Metsola sosial media hesabında rus lobbiçilərinin Avropa Parlamentinə girişinin qadağan edildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, avropalıların Rusiyanın Ukraynadakı müharibə ilə bağlı təbliğatından qorunmalı olduqlarını ifadə edən Metsola, “ rus şirkət nümayəndələrinin Avropa Parlamentinin obyektlərinə girməsinə icazə verilməyəcək. Biz imkan verməməliyik ki, onlar öz təbliğatlarını və Ukraynanın işğalı ilə bağlı yalan, zəhərli rəvayətləri yaysınlar. Biz avtokratlara qarşı vahid və güclü qalacağıq”,-deyə açıqlama verib.
Leyla, Medianews.az