Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“İƏT Modeli – 2022” proqramının bağlanış mərasimi keçirildi

XƏYALƏ
03/06/2022 11:52
A A
79
BAXIŞ
FacebookTwitterTelegram

 

Park İnn otelində İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü ilə 11 ildir uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il mərhələsinin bağlanış və qaliblərin təltif edilməsi mərasimi keçirilib.
Dövlət orqanları nümayəndələrinin, millət vəkillərinin, eləcə də İƏT ölkələri səfirlikləri, KİV-lər və QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə İƏT Modelinin fəaliyyəti ilə bağlı qısa videoçarx nümayiş etdirilib. İlk sözü alan İƏT Gənclər Forumu ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov proqramın əsas məqsəd və vəzifələri haqqında məlumat verərək, Azərbaycan gənclərinin liderlik qabiliyyətini artırmaq üçün son illərdə İƏT Modelinə olan marağın artmasından, indiyədək 1000-ə yaxın məzunun olmasından, bu il 600-ə yaxın gəncin müraciət etdiyi proqramın 30-dan çox İƏT ölkəsində uğurla həyata keçməsindən bəhs edib.


Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Elnur Məmmədov öz çıxışında Azərbaycan-İƏT münasibətləri, xüsusilə, bu ilin mart ayında İƏT Xarici İşlər Nazirlərinin 48-ci sessiyasında Azərbaycan xarici siyasətinin əldə etdiyi uğurlardan danışıb, “İƏT Modeli” proqramının milli diplomatik kadrların yetişməsinə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib və bu sahədə İƏT Gənclər Forumu ARM-nin gördüyü işlərə yüksək qiymət verib.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxışında layihənin tərəfdaşı kimi təmsil etdiyi nazirliyin İƏT Modelinə göstərdiyi dəstəkdən, qeyri-formal təhsilin gənclərin inkişafındakı rolundan bəhs edib və gələcəkdə nazirliyin “Gənclər Siyasəti”ni həyata keçirmək istiqamətində İƏT Gənclər Forumu ARM ilə əməkdaşlıq edəcəyini qeyd edib.


Diplomatik korpus adından danışan duayen, Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zati Aliləri cənab Nəssir Əbdül Kərim “Azərbaycan gəncliyi üçün uğurlu platforma” adlandırdığı bu layihədə artıq illərdir iştirak etməyindən şərəf duyduğunu nəzərə çatdıraraq, simulyasiya oyunlarında müzakirə edilən mövzuların vacibliyini nəzərə çatdırıb, gənclərə uğurlar arzu edərək, onların kreativ ideayalara və kritik düşüncəyə açıq olmağa çağırıb.
Daha sonra Azərbaycanda akkreditə olunan İƏT səfirlikləri nümayəndələri bu ilin may ayının 15-də isə layihə çərçivəsində baş tutan “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarının finalçılarını müvafiq sertifikat və hədiyyələrlə təltif ediblər. Qeyd etmək lazımdır ki, simulyasiya oyunlarında İƏT məkanında aktual xarakter kəsb edən münaqişələrlə bağlı müzakirələr aparılmış və müvafiq qətnamələr qəbul edilmişdir.


İƏT Gənclər Forumu ARM və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində keçirilən mühazirələr dinləyən tələbələr eyni zamanda yuxarıda adı çəkilən ölkələrin səfirliklərinə gedərək, həmin ölkələrlə bağlı lazım olan məlumatları əldə ediblər.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər.

DAHA ÇOX OXU

Cəmiyyət

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

03/07/2022
Cəmiyyət

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

03/07/2022
Analiz

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

03/07/2022
1-MANŞET

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

03/07/2022
1-MANŞET

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

03/07/2022
Cəmiyyət

Döyülən qadın uşaqları ilə evdən qaçıb Sumqayıtda parkda gecələyir – VİDEO

03/07/2022
SON XƏBƏR

“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər

Ukraynanın itkilərinin yeni sayı açıqlandı

"Rusiya təşəbbüsü əlində saxlayır, lakin..." - Britaniya kəşfiyyatı

Xəbər lenti

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.