Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də işğal əmri verməsindən 100 gün keçir. Milyonlarla ukraynalı ölkəni və evlərini tərk edərkən, Rusiyada müharibəyə reaksiya verənlərin sayı artır.
Medianews.az xəbər verir ki, Kiyev administrasiyasına yardım edən və yaralılara yardım üçün cəbhədə olan braziliyalı model Liziane Qutierres paylaşdığı foto ilə mübahisə yaradıb. Belə ki, gənc modelin sosial media hesabında paylaşdığı foto böyük əks-səda doğurub.
Alt paltarı və bikini markaları üçün kamera qarşısına keçərək pul qazanan Qutierrez, İnstaqramda paylaşdığı fotoda Ukraynada ağır zədələnmiş rus tankının üstündə poz verib. Bir milyondan çox izləyicisi olan Qutyerrezin fotosu cəmi 5 dəqiqə ərzində paylaşma və bəyənmə rekordu qırıb, Rusiya vətəndaşları isə buna sərt reaksiya verib.
İngilis mediasına açıqlama verən Qutierrez söyləyib: “Mənə çoxlu təhdidlər gəldi. Bəzi istifadəçilər “sizi izləyəcəyəm”, bəziləri isə özəl olaraq “Ukraynada öləcəyinizə ümid edirəm” kimi mesajlar göndəriblər. Mən heç nədən qorxmuram. Tankın xarab olmasına da üzülmürəm. Çünki bu müharibəni yaradan da onlardır”.
Mayın ortalarında Ukraynaya gedən Qutierres o vaxtdan bəri ölkənin müxtəlif bölgələrində yardım layihələrində iştirak etdiyini bildirib. Qutierrez Xarkovda yardım işlərində iştirak edəcəyini də vurğulayıb.
Leyla, Medianews.az