Almaniya kansleri Olaf Şolz 16 ştatın kansleri ilə baş nazirlər sammiti keçirib. Sammitdən sonra açıqlama verən Şolz, Almaniyanın Rusiya qazından asılılığına son qoyacağını vəd edərək, ümumi olaraq digər ölkələrdən asılılığın azaldılmasının da vacib olduğunu qeyd edib.
Medianews.az xəbər verir ki, yenilənə bilən enerjinin sürətlə genişləndirilməsinin lazım olduğunu bildirən Şolz, Rusiyanın Ukraynaya hücumundan sonra ortaya çıxan enerji böhranını aradan qaldırmaq üçün dünyanın hər yerindən sürətlə qaz və neft idxal etmək üçün çalışdıqlarını açıqlayıb.
Qiymət artımlarının qaçınılmaz olduğunu, xüsusilə aşağı gəlirli və təqaüdçülərin daha çox təsirləndiyini ifadə edən Şolz, bu mövzuda xüsusi dəstək paketləri hazırladıqlarını ifadə edib.
Leyla, Medianews.az