Cümə axşamı, 7 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Orada Rasimin özünü idarə edirdilər, heç kimə də kömək etmirdi…” – QALMAQAL

XƏYALƏ
02/06/2022 18:44
A A
166
BAXIŞ
FacebookTwitterTelegram

“Azərbaycan Kinematoqrafçılar İttifaqını birləşdirmək lazımdır və Şəfiqə xanım Məmmədova da sədr olmalıdır. Rüstəm İbrahimbəyovdan sonra Kinematoqrafçılar İttifaqı başsız qalanda onu birləşdirmək lazım idi. Çünki ordakılar da bizim yoldaşlarımızdır, düşmən deyillər ki. Ona görə bu ikitirəlik nəyə lazımdır ki”.

Bunu Moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadə deyib. A.Kazımzadə bildirib ki, ittifaqı parçalamaqla üzvlərinin də adına xələl gətirdilər:

“Rasim Balayev böyük sənətkardır, amma o təşkilatçı deyil. Rüstəm İbrahimbəyov onu o vaxtı özünə ona görə müavin qoymuşdu ki, özündən başqa ikinci bir adam yox idi ki, o olmayanda ittifaqı idarə etsin. Rasimi buna görə ora qoymuşdu, hər yerə əli çatırdı. Amma orda Rasimin özünü idarə edirdilər. Bir fiqur kimi oturmuşdu və heç bir adama heç bir köməklik etmədi.

Moskvanın Kinematoqrafçılar İttifaqının sədrinə bir gün sual verdilər ki, sən Putin haqqında yaxşı ya pis nə deyə bilərsən? O da cavabında deyir ki, mən nə vaxt ittifaqın sədrliyindən çıxsam, onda fikir söyləyə bilərəm. İndi ittifaqın sədriyəm və mənim ixtiyarım yoxdur ki, Putin haqqında yaxşı və ya pis nəsə danışım. Çünki 1000 nəfərdən çox üzvün adından heç nə deyə bilmərəm.

Rüstəm İbrahimbəyov isə bunu başa düşmədi. Sədr olanda hökumətin əleyhinə çıxdı. Halbuki Azərbaycan Kinematoqrafçılar İttifaqının üç yüz nəfər üzvü var idi və o cümlədən mən də orda üzv idim. Ona görə biz Rüstəmə qarşı çıxdıq. Son zamanlar isə Rüstəm işləmirdi, onun ittifaqda içki içən dostları var idi, onları götürüb yeyib-içməyə gedirdi. O artıq özünü itirmişdi, nə etdiyini bilmirdi. Hökumət əleyhinə çıxmaq onun öz işidir, amma 300 nəfər üzvü başsız qoymuşdu və onların adından danışmağa da icazəsi yox idi. Mən sizə Rusiyanı misal göstərdim.

Ona görə də biz özümüz Kinematoqrafçılar İttifaqı yaratdıq. İndi Rasimin hünəri varsa, ittifaqların birləşməsiylə bağlı təklif versin. Bizim ittifaq yaranandan heç vaxt öz binası olmayıb. Hökumət Evində bir otaqda yerləşib. Birinci ittifaq Rüstəmin teatrında yerləşib, hələ də binası yoxdur. Amma Şəfiqə xanım bina aldı və nəhayət ittifaqın özünün doğma evi oldu. Rüstəm olmayandan sonra Xalq yazıçısı Anar da ittifaqların birləşdirilməsi təşəbbüsüylə çıxış etməliydi. Çünki Anar da orda üzvdür”.

Qeyd edək ki, Rasim Balayev isə rəhbəri olduğu qurumla Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi, 2012-ci ildə yaradılan qurumun nə vaxtsa birləşə biləcəyini deyib.(Moderator.az)

DAHA ÇOX OXU

Mədəniyyət

“Mədəniyyət Nazirliyini tanımıram!”

06/07/2022
Mədəniyyət

Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub

04/07/2022
Mədəniyyət

Rada Nəsibova: “Onları elə sevgiləri məhv etdi…” – Müsahibə

02/07/2022
Mədəniyyət

Cüneyt Arkının hamıdan gizlətdiyi SİRR AÇILDI – Qızı varmış…

01/07/2022
Köşə

73 illik həsrət

30/06/2022
Mədəniyyət

Şəhid atası olan xalq artisti “Azdrama”ya niyə buraxılmır – qalmaqal

29/06/2022
SON XƏBƏR

Şarl Mişel Aİ-nin Azərbaycan və Ermənistan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bir daha vurğulayıb

Məşhur iş adamı külli miqdarda narkotiklə yaxalandı - Ömürlük həbs oluna bilər

Ərdoğanın “bir gecə qəfil girə bilərik” mesaji bu ordunu hərəkətə gətirdi - VİDEO

Xəbər lenti

Ceyhun Bayramov: “Postmünaqişə dövrü region üçün geniş imkanlar yaradır”

2022/07/07 10:53

Baş nazir onu istefaya çağıran naziri işdən çıxardı

2022/07/07 10:44

Konfrans Liqası: Bu gün 26 oyun keçiriləcək

2022/07/07 10:01

Futbol dünyasını çalxalayan transfer: Ronaldonun yeni klubunun adı açıqlandı

2022/07/07 09:58

Neft kəskin ucuzlaşdı

2022/07/07 09:34

Yoluxma kəskin artdı: 30 faiz insan…

2022/07/07 09:29

Ukrayna Baş Qərargahı: “Rusiyanın təxribat-kəşfiyyat qrupu darmadağın edilib”

2022/07/07 09:27

Azərbaycan velosipedçisi ilk dəfə dünya reytinq cədvəlinə düşüb

2022/07/07 09:25

“Parklamadan gəl pul büdcəyə yox, ciblərə gedir”

2022/07/07 09:22

Afşin Azəri Zaurla klip çəkdirdi – VİDEO

2022/07/07 09:21

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

2022/07/07 02:17

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

2022/07/07 02:09

İordaniya şahzadəsi ərə gedir

2022/07/07 02:00

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

2022/07/07 01:40

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

2022/07/07 01:29

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

2022/07/07 01:20

Ukraynada könüllü döyüşən braziliyalı model ruslar tərəfindən öldürüldü – FOTO

2022/07/07 01:08

İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb – FOTO

2022/07/06 23:59

Tahir Əmiraslanov kitablarını yandırdı: “Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” – VİDEO

2022/07/06 23:09

Azərbaycanda 21 yaşlı qız zorlandı

2022/07/06 21:50

Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi – Video

2022/07/06 21:38

Avtomobili olanlara şad xəbər – Qanuna dəyişiklik edildi

2022/07/06 21:30

Əsgərimiz özünü güllələdi

2022/07/06 21:28

Avtoşluq edən əsgər qaçıb gizlənibmiş – Yenidən həbs edildi

2022/07/06 20:59

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.