Gürcüstanın Batumi şəhərində saxlanılan “Metro Şirkətlər Qrupu”nun sahibi iş adamı Qalib Öztürkün evində 7 kilo 215 qram narkotik vasitə ələ keçirilib.
Medianews.az xəbər verir ki, Gürcüstan Prokurorluğundan verilən açıqlamada Qalib Öztürkə ömürlük həbs cəzası verilə biləcəyi bildirilib.
Qalib Öztürk Gürcüstanın Batumi şəhərindəki ticarət mərkəzində 7 saatlıq xüsusi əməliyyat nəticəsində saxlanılıb. Gürcüstan Baş Prokurorluğunun rəsmi internet saytında verilən yazılı açıqlamada iş adamı Öztürkün qanunsuz olaraq külli miqdarda narkotik maddə almaq və saxlamaqda ittiham olunduğu bildirilib. İş adamının evində axtarış zamanı 7 kilo 215 qram kokain götürülüb.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti də sözügedən əməliyyatla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, axtarış nəticəsində 31 may 2022-ci il tarixində iş adamının Batumi şəhərindəki mənzilində vergidən yayınma, saxta ödəniş sənədləri hazırlama və narkotik vasitələrdən sui-istifadə, çirkli pulların yuyulması kimi hadisələrlə bağlı əməliyyat aparılıb. Gürcüstan Cinayət Məcəlləsinə əsasən, 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Medianews.az