Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Filmlərə çəkmədilər, hər kəsdən üz döndərdi, ehtiyac içində dünyasını dəyişdi – “Qayınana”ın bəxtsiz Sevdası

ZARA
02/06/2022 07:01
A A
126
BAXIŞ
FacebookTwitterTelegram

Kulis.az Əməkdar artist, aktrisa Tanilə Əhmərova haqqında maraqlı faktları təqdim edir.

Milliyyətcə tatar olan Tanilə Aisa qızı Əhmərova 1950-ci ildə iyunun 1-də Bakının Sabunçu qəsəbəsində anadan olub. Uşaq yaşlarından təhsil aldığı 78 nömrəli məktəbdəki teatr dərnəyinə göstərdiyi maraq sonradan onu aktrisalığa aparıb.

Təhsilini başa vurduqdan sonra bir müddət 1967-1972-ci illərdə hesablayıcı və dispetçer işləyib. Amma aktrisa olmaq istəyinə doğru addımlamaqda davam edib.

1972-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutuna qəbul olunub. Burada o dövrün ustad sənətkarlarından dərs alıb. Tələbə olduğu müddətdə həm də işləyib. Bakıdakı Mədəniyyət saraylarından birində müdir vəzifəsində çalışıb.

Aktrisa 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub.

O, “Üzeyir ömrü” filmində Üzeyirin anası, “Qayınana” filmində Sevda, “Şir evdən getdi” filmində Şəfiqə müəllimə, Sevinc buxtası”nda Leyla kimi yaddaqalan obrazlar yaradıb.

Azərbaycanda 15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları “Qayınana” filmindən Sevda kimi tanıyır. Cənnət xalanın gəlini, diş həkimi Sevda. O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilib. Deyilənə görə, özü də bu rolunu çox sevib.

Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. Daha sonra Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Tanilə Əhmərova iki dəfə ailə qurub. İlk evliliyindən bir qızı doğulub. İkinci dəfə isə aktrisa 1997-ci ilə Vahid Yusifoğlu adlı şəxsə ərə gedir. Amma bu nikahdan onun övladı doğulmayıb.

Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunku gətirməyib. Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmayıb.

Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər. Ömrü boyu kinoda yeni filmlərə çəkiləcəyini gözləyən aktrisa 1990-cı ildən sonra xəyal qırıqlığına uğrayır, depressiyaya məruz qalır və sonuncu dəfə 1993-cü ildə “Təhminə” filmində epizodik rola çəkilərək sənətdən uzaqlaşır.

Filmlərə çəkilməmək aktrisanın maddi durumuna pis təsir edir. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb, heç kəslə görüşmür.

2014-cü ildə mətbuat Tanilə Əhmərovanın baxımsızlıqdan əziyyət çəkdiyini yazırdı. Hələ o zaman 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etmədiyini bildirirdi.

Səhəti gün-gündən pisləşən aktrisa 2015-ci ilin yanvarında ikinci dəfə insult keçirir. Həmin vaxtlar həmkarları sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda Tanilə Əhmərovanın vəziyyətinin ağır olduğunu, yeriyə bilmədiyini bildirir, müvafiq qurumları ona kömək etməyə çağırırdılar. Amma bu çağırışlara səs verən olmur.

Özünə qarşı bu biganəlik onu hamıdan üz döndərməyə məcbur edir. Qapısını nəinki həmkarlarının, hətta jurnalistlərin də üzünə bağlayır. Mətbuata müsahibə vermir. Ölüm gününədək heç kimlə görüşmək istəmir.

Tanilə Əhmərova ilə birlikdə “Qayınana” filmində oynamış Xalq artisti, mərhum Fuad Poladov müsahibələrinin birində deyirdi: “Tanilə Əhmərova həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Xatirimdə çox yaraşıqlı, həlim bir xanım kimi qalıb. Çox gözəl aktrisa, özünəməxsus rolların ifaçısı idi. Bunlardan biri də “Qayınana” filmindəki Sevda roludur. Filmdəki rolu həyatdakı obrazına çox uyğun gəlirdi. Azərbaycan kinosunda öz imzasını qoydu Tanilə xanım. Uzun müddət xəstə yatdı. Mən də bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir. Dünən vəfat etdiyini eşidəndə çox pis təsir etdi mənə”.

Xalq artisti İlham Namiq Kamal da aktrisa haqqında deyir: “Tanilə xanım çox bacarıqlı, istedadlı aktrisa idi. Təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Onun kinodan kənar düşməsinin günahkarı sözsüz ki, rejissorlardır. Tanilə Əhmərovanın kinodan kənar düşməsi ilə Azərbaycan filmləri bir çox maraqlı obrazlar itirib”.

Sənət yoldaşlarının dediyinə görə, 4 il yataq xəstəsi olan aktrisanın qızı ilə də münasibətləri pozulubmuş. Ona baxan, əziyyətini çəkən yalnız həmişə yanında olan həyat yoldaşı olub.

Aktrisa uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci il tarixində Bakıda vəfat edir. Onu Zabrat qəsəbəsindəki qəbiristanlığında dəfn edirlər.

DAHA ÇOX OXU

Mədəniyyət

Rada Nəsibova: “Onları elə sevgiləri məhv etdi…” – Müsahibə

02/07/2022
Mədəniyyət

Cüneyt Arkının hamıdan gizlətdiyi SİRR AÇILDI – Qızı varmış…

01/07/2022
Köşə

73 illik həsrət

30/06/2022
Mədəniyyət

Şəhid atası olan xalq artisti “Azdrama”ya niyə buraxılmır – qalmaqal

29/06/2022
Cəmiyyət

“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin idarə olunması qaydası AÇIQLANDI

28/06/2022
1-MANŞET

Məşhurların unudulmaz Qırmızı Xalça geyimləri- “Bir baxmısan, bir də bax!”

27/06/2022
SON XƏBƏR

Dustaq anaları ilə bayram keçirən uşaqlar - VİDEO

İstanbulda qandonduran hadisə: Özünü yandırdı, xilas etmək əvəzinə şelfi çəkdilər - ANBAAN VİDEO

“MTN işi” ilə bağlı QALMAQAL: “Mövlam Şixəliyev burada küncə qısılıb, orada şir-pələng idi”

Xəbər lenti

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

2022/07/02 14:51

Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

2022/07/02 14:51

Analarının sevgilisi tərəfindən döyülən uşaqlar: Qoluna siqaret basıbmış… – VİDEO

2022/07/02 14:40

Qurbanlıq heyvanların satış və kəsim yerləri AÇIQLANDI – SİYAHI

2022/07/02 14:29

Prezident şəhid qızını hakim TƏYİN ETDİ – FOTO

2022/07/02 14:18

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 14:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 13:56

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 13:45

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 13:34

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 13:23

Zaur tamaşaçılarla sağollaşdı

2022/07/02 13:17

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 13:11

Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

2022/07/02 13:05

Avropa Kosmik Agentliyi: “2021 QM1” Yerə çarpmayacaq

2022/07/02 12:59

Şuşada Polis Günü qeyd olunub

2022/07/02 12:47

Pensiya yaşı tamam olan şəxslərin nəzərinə – NAZİRDƏN AÇIQLAMA

2022/07/02 12:37

Sabah Bakıda hava yağmursuz olacaq

2022/07/02 12:03

Bu bürclərə etibar etmək olmaz! – Ən çox yalan danışanlardır

2022/07/02 11:39

Anası Mahir Emreli ilə görüntülərini paylaşıb, onu təbrik etdi – FOTO

2022/07/02 10:25

Britniyə görə Baydenlə görüşdən imtina etdi

2022/07/02 10:14

Toyda bıçaqlanan Natiq Dağlaroğlunun oğlu: “Səni deşərəm” deyib, hücum etdi

2022/07/02 10:12

Rusiyada güclü zəlzələ baş verib

2022/07/02 10:12

ABŞ geri çəkildi, Türkiyəyə güzəştə getdi: Kreml-Ankara qarşıdurması yaranır

2022/07/02 10:11

Ukrayna İlan adasını “təmizləməyə” davam edir: Rusiyanın çoxlu texnikası məhv edilib…

2022/07/02 10:10

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.