Cənubi Koreya Şimali Koreyanı düşmən elan edib
Medianews.az “Yonhap” Xəbər Agentliyinin Cənubi Koreyalı səlahiyyətlilərə əsaslanaraq verdiyi xəbərə görə, Cənubi Koreya Müdafiə Nazirliyi əsgərləri arasında paylanan təlim materiallarında Şimali Koreyanı “düşmən” olaraq xarakterizə edib.
Əsgərlərə paylanılan materiallara:”Şimali Koreyanın təxribatları bizim üzləşdiyimiz təhlükəsizlik təhdidləridir və bu cür təhlükəsizlik təhdidləri davam etdikcə, Şimali Koreyanın ordusu və rejimi bizim düşmənlərimizdir” deyə qeyd edilib.
Keçən həftə mayın əvvəlində vəzifəsinin icrasına başlayan Cənubi Koreya prezidenti Yoon Suk-yeol CNN telekanalına müsahibəsində Şimali Koreyanın sakitləşmə dövrünün başa çatdığını bildirib.
Təlim materiallarında bu dəyişiklik Şimali Koreyanın bu il ən azı 16 raket buraxılışından sonra baş verib.
Medianews.az