İyunun 1-də Ukrayna ordusu ölkənin cənubunda düşmənə ciddi zərbələr endiriblər.
Bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Operativ Komandanlığı məlumat yayıb.
Məlumata görə, qızğın döyüşlər nəticəsində rusların 21 hərbçisini və iki desant katerini məhv ediblər.
Bundan başqa Rusiya ordusuna aid 3 səhra sursat anbarı, 1 zenit və 1 özüyeriyən artilleriya qurğusu, 1 T-72 tankı, 4 ədəd zirehli texnika və 3 ədəd PUA məhv edilib.