Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Mən etdiyimi etdim, indi yol gənclərindir”- Rəhman Rəhmanov

XƏYALƏ
01/06/2022 14:37
A A
123
BAXIŞ
FacebookTwitterTelegram

 

Ötən ay 65 yaşı tamam olan, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti, uşaqların sevimlisi Rəhman Rəhmanovun bu gün – 1 iyunda səhnə fəaliyyətinin 50 ili tamam olur.
Kukla Teatrında biri-birindən maraqlı obrazları ilə uşaqların üzündə təbəssümə səbəb olan tanınmş aktyor sənətinin 50 illik yubileyində təəssüratlarını Medianews.az-a bölüşdü.

– Bir sənətkar üçün 65 yaş nə deməkdir?

– Az yaş deyil. 65-in 50 ilini sənətdə oldum, azdan-çoxdan tanındım, cəmiyyətdə xüsusi bir yerim, çəkim var. Ömür boyu gənclərə nümunə olmağa çalışmışam. Nə qədər bacara bilmişəm, onu deyə bilmərəm. Çətinliklərlə qarşılaşmışam, həyatın hər üzünü görmüşəm…

– Niyə aktyor olmağa qərar verdiniz?

– 8 nömrəli musiqi internat məktəbində oxumuşam. 4-cü sinifdə oxuyanda bizim məktəbə Kukla Teatrı gəlmişdi. Onların tamaşasına baxdıqda heyran olmuşdum. Mənim üçün fərqli bir dünya, işıqlı bir pəncərə açılmışdı. Nağıl kimi bir dünya ilə tanış olmuşdum və bu gün mən o nağılın içindəyəm. Artıq 50 ildir ki, bu sənətdəyəm.
Ondan sonra kukla tamaşaları oynamağa başladım. Nənəm məni evə aparanda ondan xahiş etdim ki, kukla tamaşaları oynamaq üçün kuklalar alsın. Nənəm o oyuncaqları mənə aldıqdan sonra məktəbdə tamaşalar göstərdim.
Bu sevgi məni yeniyetmə yaşlarımda xalq teatrına gətirdi, daha sonra 1972-ci ildən 15 yaşından peşəkar səhnədə işləməyə başladım. O vaxtdan yardımçı heyətdə işləyirdim. Lütfi Məmmədbəyov məni dram teatrına aparıb, aktyor kimi səhnəyə çıxarırdı. Eyni zamanda, səhnə maşinisti kimi də çalışırdım. Lütfi Məmmədbəyov dedi ki, səndə nəsə alınacaq. Bu, böyük bir məktəb idi. Oynadığım hər tamaşaya görə 1 manat 30 qəpik maaş alırdım. Ayda 50 manat maaş alırdım.

– O zaman kimlərlə səhnəyə çıxırdınız?

– Mövsüm Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Leyla Bədirbəyli və sair. Mən fəxr edirəm ki, onları görmüşəm, həmin səntkarlarla bir səhnəyə çıxmışam.

– Onlar üçün darıxırsınızmı?

– Əlbəttə, çox böyük sənətkarlar idi. Onlardan çox şey öyrnəmişik. Böyük məktəb idilər. Xoşbəxtəm ki, o məktəbi keçmişəm.

-Sizi bir neçə dəfə ana teatra- Akademik Milli Dram Teatrına dəvət etsələr də, bundan imtina etmisiniz. Səbəb nə idi?

– İki dəfə Akademik Milli Dram Teatrında çalışmaq üçün dəvət almışam. Heç birində də təklifi qəbul etməmişəm.

– Ana teatrın səhnəsinə çıxmaq hər aktyorun arzusudur. İstedadınızamı, görünüşünüzəmi, yoxsa oradakı aktyorlarla mübarizə apara bilməcəyinizdənmi qorxdunuz?

– Qorxum yox idi. Başqa teatrda gedib beşinci, onuncu olmaqdansa öz teatrında birinci, ikinici olmaq daha yaxşı idi. Ömrümü bura həsr etdim, meylimi Kukla Teatrına saldım. Burada işə fəhlə kimi qəbul oldum. Aktyor kimi ştat olmadığından hər iki işi birlikdə görürdüm. Belə əziyyətlə başladım. Amma peşman olmamışam. Bir dəfə mərhum sənətkarımız, yaxın dostum Yaşar Nuri dedi ki, “Rəhman sənin boyunu yerə soxum”, sən qalıb, bizim teatrda çalışsaydın, indi hər şeyin vardı. Xalq artisti idin, evin vardı, prezident təqüdü alardın…

– Zamanında serial və filmlərdə yetəri qədər rollar canlandırmısınız. İndi niyə yoxsunuz?

– İndi seriallara çəkilmirəm, çünki obrazların sözlərini əzbərləyə bilmirəm. Artıq əvvəlki hafizəm də qalmayıb.

– İllər öncə Çingiz Əhmədovla “Ordan-burdan” adalanan komediya ilə tanındınız, sizdən sonra bu estafeti Rafel, Coşqun və başqaları aldı. Maraqlıdır, nə baş verdi, niyə birliyiniz pozuldu?

– Bəli, bu janrda televiziyaya gələn ilk biz olduq. Sovet dövründən başlayaraq ilk addımlarımızı atdıq. Sonuncu konsertimiz 2000-ci ildə Heydər Əliyev sarayında oldu. Bu, hesabat xarakterli idi. Bu layihəni dayandırmağımızın səbəbi isə həyatımda faciə baş verdiyi üçün artıq özümü buna hazır hiss etmirdim. Gördüm işləyə bimirəm. Belə ki, 27 yaşında oğlum faciəvi şəkildə dünyasını dəyişdi. Bu, məni çox sarsıtdı.

–  Hazırda Çingiz Əhmədovla küsülüsünüzmü?

-Xeyr. O, mənim dostumdur, münasitəmiz də çox yaxşıdır. Bu yaxınlarda bir kanalda birlikdə olduq.

– Amma sizin hələ də küsülü olduğunuz deyilir.

– 5 il bundan qabaq 60 illik yubileyimdə ona söz verilmədi. O istəyirdi ki, məni səhnədən təbrik etsin. Buna haqqı da var idi. Ondan sonra mənimlə arası sərinlədi.

Bu yaxınlarda xəsətlənmişdi, xəstəxanaya onu görməyə getdim. İndi də qardaşıq, dostuq. Biz 40 ilin dostuyuq.

– Şəxsi həyatınızda yaşadığınız faciələri səhnəyə sirayət etməmisiniz.

– Səhnə başqadır, orada sən öz dərdini danışıb tamaşaçıları kədərləndirməyə haqqın yoxdur. Səhnə mənim sənətimdir. Məni bəlkə də elə yaşadan da sənətimdir. Bu, mənə verilən bir vergidir. Şükürlər olsun ki, bu gün mən Kukla Teatrındayam. Demək olar ki, bu teatrın ağsaqqalıyam. Teatrımızda istedadlı gəncərimiz var. 50 ildir yükünü daşıdığımız sənətin estafetini onlara həvalə edirik.

– Amma bir çox sənətkarlar gənclərə qısqanclıqla yanaşırlar.

– Mən onun tərəfdarı deyiləm, çalışıram ki, gənclər səhnəyə çıxsın, öz üzərlərində çalışsınlar, görünsünlər, istedadlarını göstərə bilsinlər. Onların hər uğuru bizi sevindirir. Mən bu zamana qədər etdiyimi etmişəm. İndi isə yol gənclərindir.

Medianews.az

Xəyalə Rəis

DAHA ÇOX OXU

export

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

02/07/2022
1-MANŞET

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

02/07/2022
export

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

02/07/2022
1-MANŞET

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

02/07/2022
Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

02/07/2022
export

Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

02/07/2022
SON XƏBƏR

Ukraynalı modeldən daha bir paylaşım: "Ramili müdafiə edənlərə səslənirəm..."

Bakıda yanğın BAŞLADI

Prezident İlham Əliyev Sərəncam imzaladı

Xəbər lenti

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

2022/07/02 16:01

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

2022/07/02 15:48

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

2022/07/02 15:35

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

2022/07/02 15:21

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

2022/07/02 14:51

Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

2022/07/02 14:51

Analarının sevgilisi tərəfindən döyülən uşaqlar: Qoluna siqaret basıbmış… – VİDEO

2022/07/02 14:40

Qurbanlıq heyvanların satış və kəsim yerləri AÇIQLANDI – SİYAHI

2022/07/02 14:29

Prezident şəhid qızını hakim TƏYİN ETDİ – FOTO

2022/07/02 14:18

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 14:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 13:56

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 13:45

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 13:34

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 13:23

Zaur tamaşaçılarla sağollaşdı

2022/07/02 13:17

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 13:11

Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

2022/07/02 13:05

Avropa Kosmik Agentliyi: “2021 QM1” Yerə çarpmayacaq

2022/07/02 12:59

Şuşada Polis Günü qeyd olunub

2022/07/02 12:47

Pensiya yaşı tamam olan şəxslərin nəzərinə – NAZİRDƏN AÇIQLAMA

2022/07/02 12:37

Sabah Bakıda hava yağmursuz olacaq

2022/07/02 12:03

Bu bürclərə etibar etmək olmaz! – Ən çox yalan danışanlardır

2022/07/02 11:39

Anası Mahir Emreli ilə görüntülərini paylaşıb, onu təbrik etdi – FOTO

2022/07/02 10:25

Britniyə görə Baydenlə görüşdən imtina etdi

2022/07/02 10:14

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.