Macarıstan Milli İctimai Sağlamlıq Mərkəzinin (NNK) baş həkimi Sesiliya Müller keçirdiyi mətbuat konfransında ölkədə ilk meymun çiçəyi xəstəliyinin müşahidə edildiyini və xəstənin 38 yaşlı kişi olduğunu açıqlayıb.
Xəstəliyin asanlıqla yayılmadığını deyən Müller, bunun yalnız yaxın təmasda yayıldığını bildirib.
Müller, “Xəstəlik 2-4 həftə davam edir və immuniteti zəif olan xəstələrdə və hamilə qadınlarda daha asan yayıla bilər”,-deyə bildirib.
Onun sözlərinə görə, yoluxmuş şəxslərin karantinə alınması lazım vacibdir.
“Biz bu hallara diqqət yetirməliyik, onlara erkən diaqnoz qoymalıyıq. Kim bu xəstəlikdən şübhələnirsə, mütləq həkimə müraciət etsin”,-deyə həkim qeyd edib.
Leyla, Medianews.az