Rusiyanın başlatdığı Ukrayna müharibəsi davam edərkən, ABŞ prezidenti Co Bayden diqqətçəkən bir açıqlama verərək, Vaşinqton administrasiyasının verdiyi qərarı açıqladı.
Medianews.az xəbər verir ki, Bayden ABŞ-ın Ukraynaya qabaqcıl raket sistemləri göndərəcəyini bildirib. Açıqlamada bu silahların HIMARS abbreviaturası ilə də tanındığı bildirilib.
Beynəlxalq ictimaiyyət və ekspertlər bu silahların müharibənin gedişatını dəyişə biləcəyini şərh ediblər. Portativ qurğu olan HIMARS-lar ardıcıl olaraq çoxlu dəqiq idarə olunan raketləri atmağa qadirdir.
Bildirilir ki, M142 HIMARS sistemi hazırda istifadə olunan sistemlərdən daha müasir, daha yüngül və daşınması asan olması ilə seçilir. Əvvəlki modellərə nisbətən çox daha geniş diapazona malik olan M142 modelinin 80 kilometr məsafədəki hədəfləri vura biləcəyi də bildirilir.
Rusiyanın bəzi bölgələrdə təsirini artırdıqdan sonra ABŞ-ın bu təkmil raket sistemini Ukraynaya göndərmək qərarına gəldiyi də qeyd edilir.
Xatırladaq ki, ABŞ-ın göndərdiyi M142, sələfi M270-dən düz üç dəfə çox raket daşıya bilir.
Leyla, Medianews.az