Rusiyanın Ukraynaya hücumları davam edərkən, rus ordusu Ukraynanın Luqansk bölgəsində mülki insanları təxliyyə edəcək avtomobilə zərbə endirib.
Medianews.az xəbər verir ki, Rusiya əsgərlərinin hücumu nəticəsində bölgədə təxliyə ilə bağlı xəbərlər verən fransız jurnalist də həlak olub.
Hücumdan sonra açıqlama verən Luqansk qubernatoru Sergey Qayday, “bu gün zirehli evakuasiya maşınımız bölgədən 10 mülki vətəndaşı aparacaqdı. Evakuasiya zamanı rus əsgərləri hücuma keçib. Fransız jurnalist boyun zədəsindən dünyasını dəyişib. Bir polis əməkdaşı da dəbilqəsi sayəsində xilas edilib. Biz evakuasiyanı rəsmən dayandırırıq”,-deyə bildirib.
Fransa prezidenti Emmanuel Makron Rusiya ordusunun Ukraynanın Luqansk vilayətində mülki insanları təxliyə etmək üçün avtomobili hədəfə alması nəticəsində ölən fransız jurnalistin 32 yaşlı Fréderic Leclerc-Imhoff olduğunu açıqlayıb.
Leyla, Medianews.az