Xəbər aparıcısı Elvin Basqallı Xəzər TV ilə yollarını ayırıb.
Medianews.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında bildirib.
Aparıcı qeyd edib ki, bu gün sonuncu iş günüdür:
“Sabahdan başqa işdə, fərqli istiqamətdə xidmətinizdə olacağam. Dəyərli tamaşaçılarımıza, əziz iş yoldaşlarıma və “Xəzər” rəhbərliyinə buradakı bir illik qısa, lakin maraqlı birgəliyə, xoş münasibətə görə təşəkkür edirəm”.