Rusiyanın Ukraynaya hücumları davam edərkən, Rusiya ordusunun nəzarətdə olduğunu elan etdiyi Ukraynanın Mariupol şəhərindən 2500 ton dəmir yüklü ilk yük gəmisi Rusiyanın Rostov şəhərinə doğru yola düşüb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya liman rəsmisi bildirib.
Ukrayna isə Mariupoldan Rusiyaya dəmir daşınmasını “talançılıq” kimi qiymətləndirib.
Xatırladaq ki, Rusiya bu ayın əvvəlində Rusiyanın mühasirəsindəki Azovstal polad zavodunda 2400-dən çox ukraynalı əsgərin təslim olmasından sonra Mariupola tam nəzarəti ələ keçirdiyini və keçən həftə limanın minalardan təmizləndiyini, ticarət gəmilərinin istifadəsinə verildiyini açıqlamışdı.
Leyla, Medianews.az