Rusiya ilə Ukrayna arasında müharibə aylardır davam edərkən, dünən gecə Cənubi Osetiyadan yeni qərar gəlib.
Medianews.az xəbər verir ki, Gürcüstanı tərk edərək Rusiyaya qoşulmaq üçün referenduma hazırlaşan Cənubi Osetiyada dünən axşam saatlarında dərc olunan fərmanda referendum qərarının dayandırıldığı bildirilib.
Bəyanatda bildirilib ki, “13 may tarixli “Cənubi Osetiya Respublikasının Referendumuna Çağrı” fərmanı danışıqlar başa çatana qədər dayandırılıb.
Mayın 13-də Cənubi Osetiya Gürcüstanı tərk edərək Rusiyaya birləşmək üçün iyunun 17-də referendum keçirmək qərarına gəlib.
Leyla, Medianews.az