Ukrayna prezidentinin ofisi Zelenskinin Xarkov vilayətinə işgüzar səfər etdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, açıqlamada bildirilib ki, cəbhə bölgəsinə səfər edən Zelenski cavabdehlik sahəsindəki müvafiq bölmələrin əməliyyat vəziyyəti barədə məlumat alıb, əsgərlərə dövlət mükafatları və hədiyyələr təqdim edib.
Zelenski deyib: “Xidmətləriniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Siz bizim hamımız, dövlətimiz üçün öz həyatınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirik”.
Bildirilib ki, Zelenskinin sədrliyi ilə Xarkov vilayəti və cəbhə xəttinə səfərdən sonra Xarkovdakı vəziyyətlə bağlı işçi iclas keçirilib, Zelenski, Xarkovda Rusiya raketləri ilə dağıdılan inzibati binalar və bölgənin Saltivka rayonunda dağılmış yaşayış binaları ilə tanış olub.
Leyla, Medianews.az