Ukraynanın işğalı zamanı ölkənin şərqində Donbasa hücuma keçən Rusiya ordusunun strateji əhəmiyyətli Sievierodonetsk şəhərinin kənar bölgələrinə daxil olduğu bildirilir.
Medianews.az xəbər verir ki, Luqansk qubernatoru Sergey Qayday Rusiya ordusunun Sievierodonetskə endirdiyi hava zərbələri nəticəsində 2 mülki vətəndaşın öldüyünü, 5-nin yaralandığını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski “şəhərdəki binaların 90 faizi dağıdılıb. Rabitə itib.
Sievierodonetski ələ keçirmək işğalçıların əsas məqsədlərindən biridir. Biz onların irəliləyişinin qarşısını almaq üçün əlimizdən gələni edirik” deyə açıqlama verib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi Donbasın azad edilməsinin “Moskva üçün prioritet vəzifə” olduğunu bildirib.
Ukraynanın şərqində baş verən şiddətli toqquşmalarda hər iki tərəfin böyük itki verdiyi bildirilir.
Leyla, Medianews.az