Fransanın paytaxtı Parisdəki Luvr Muzeyində olan və dünyanın ən məşhur sənət əsərləri arasında yer alan Leonardo Da Vinçinin “Mona Liza” tablosuna tortla hücum edilib.
Medianews.az xəbər verir ki, mMuzeydə olan şahidlərin ifadəsinə görə, hücumu əlil arabasında və parik taxmış şəxs həyata keçirib. Birdən həmin şəxs əlil arabasından düşüb və tortu “Mona Liza”ya atıb.
Muzeyin təhlükəsizliyinə cavabdeh olan şəxslər tez bir zamanda adamı oradan uzaqlaşdırsalar da, digər ziyarətçilərin həmin anları lentə aldığı görülüb.
Məlumata görə, Leonardo da Vinçinin 1503-1519-cu illər arasında çəkdiyi tablo, qarşısındakı qoruyucu şüşəyə görə hücum nəticəsində zədələnməyib.
Qeyd edək ki, tarix boyu “Mona Liza” tablosu müxtəlif hücumlarla üzləşib. 1950-ci illərdə bir adam tablonun üzərinə sulfat turşusu atıbvə bu, rəsmin köhnəlməsinə səbəb olub. Daha sonra boliviyalı tələbə onu daşla vurub. 1974-cü ildə yapon qadın tabloya qırmızı boya səpib, 2009-cu ilin yayında isə rusiyalı turist ona bir fincan çay atmıb.
Leyla, Medianews.az