Türkiyədə 6 yaşlı qızın mənzilin qarşısında zorakılığa məruz qalması iddiası ortalığı qarışdırıb.
Medianews.az xəbər verir ki, uşağının zorakılığa məruz qaldığını görən ata şübhəli şəxsi parka kimi qovalayıb.
Şübhəli şəxs parkdakı mühafizəçilərin sayəsində linçdən xilas olub. Həmin anlar bir mənzilin təhlükəsizlik kamerasına əks olunub. İddialara görə, həmin şəxsin axşam saatlarında mənzilin qarşısında yanında oturan 6 yaşlı qızı qucaqlayaraq sığalladığı iddia edilib. Tanımadığı şəxsin övladını qucaqladığını görən ata şübhəlinin arxasınca düşməyə başlayıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə çoxlu sayda polislər gəlib. Şübhəli şəxs nəzarətə alınmaq üçün saxlanılıb. Şübhəli şəxsin uşağı qucaqladığı anlar mənzilin təhlükəsizlik kamerasına düşüb.
Medianews.az