Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kreml Paşinyanı “paralel idxala” məcbur edir: Ermənistanı sanksiyalar gözləyir

TURAN
28/05/2022 18:56
A A
23
BAXIŞ
FacebookTwitterTelegram

Rəsmi İrəvan Ermənistan üzərindən Rusiyaya “idxal pəncərəsi” açmaqla, Kremli beynəlxalq sanksiyaların təsirindən yayındırmağa çalışır… Ancaq Ermənistan iqtisadiyyatı o qədər zəifdir ki, ABŞ və Qərbin bu “dolaşıq əməliyyat”ın üstünü açacağı qətiyyən şübhə doğurmur…

Ermənistan ABŞ və Qərb ilə Rusiya arasında qalmış kimi görünür. Rəsmi İrəvan bu iki nəhəng güc mərkəzindən heç birisindən vaz keçmək istəmir. Hər ikisi Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Onlardan hər hansı birinin rəsmi İrəvandan tamamilə üz çevirməsi Ermənistana olduqca baha başa gələ bilər.

Ona görə də, rəsmi İrəvan bacardığı qədər ABŞ və Qərb ilə Rusiya arasında balansın qorunub, saxlanmasına çalışır. Hər iki tərəf ilə Ermənistanın münasibətlərinin yaxşı olmasına cəhd göstərir. İndiki situasiyada hər iki tərəf Ermənistanı prinsipial seçimə məcbur etməyə çalışsa da, rəsmi İrəvan vərdiş etdiyi “sürüşkən xarici siyasət” kursu ilə bundan yayınmağa can atır.

Ancaq görünən odur ki, Paşinyan hakimiyyəti əvvəl-axır Cənubi Qafqazda amansız rəqabətə başlamış ABŞ və Qərb ilə Rusiya arasında seçim etmək məcburiyyətində qalacaq. Çünki, Ermənistan kimi zəif dövlətlərin balans siyasəti yürütmək şansı yoxdur. Xarici təzyiqlərə davamsız olan belə dövlətlərin balans siyasəti cəhdləri adətən, effektiv olmur, özlərinə zərbə vurur. Çünki, balans siyasəti həm də, siyasi-iqtisadi və hərbi-strateji resurslar tələb edir. Yalnız belə resursları olan dövlətlər xarici təzyiqlərə balanslı şəkildə müqavimət immuniteti yarana bilər.

Ermənistan isə belə immunitetdən çox-çox uzaqdır. Həm ABŞ və Qərb, həm də Rusiya Ermənistanın bu zəif nöqtələrindən maksimum səviyyədə istifadə edir. Hər iki tərəf rəsmi İrəvana təzyiq göstərir. Hətta tərəflərdən birinin təzyiqləri digərinin təzyiqlərinə bəhanə rolunu oynayır. Və Kremlin Paşinyan hakimiyyətini seçimə məcbur etmək üçün atdığı addımlar da bunu təsdiqləyir.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Məsələ ondadır ki, Ermənistanın ABŞ və Qərb ilə münasibətlərini qorumağa çalışan baş nazir Nikol Paşinyanın Brüssel görüşündə iştirakından sonra Kreml yenidən biolaboratoriya mövzusunu yenidən gündəmə gətirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, ABŞ-ın maliyyələşdirdiyi belə laboratoriyalar Ermənistanda, Qazaxıstanda və Orta Asiyanın digər ölkələrində mövcuddur. O, bildirib ki, həmin biolaboratoriyalarda beynəlxalq konvensiyalara zidd hərbi araşdırmaların olmadığına, bioloji, toksin silahların yaradılmadığına əminlik yoxdur. Və adları çəkilən ölkələrin hamısı Qərb siyasi dairələrinin Rusiya təsirindən çıxartmağa çalışdığı dövlətlərin sırasına daxildir.

Təbii ki, bu dövlətlərin sırasında əsas “zəif bənd” rolunda yenə Ermənistan görünür. Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir. İndi rəsmi İrəvan istənilən xarici təzyiqə qarşı demək olar ki, müdafiəsiz durumdadır.  Xüsusilə də, beynəlxalq maliyyə-iqtisadi böhranın getdikcə dərinləşməsi Ermənistanın durumunu daha da ağırlaşdırır. Və rəsmi İrəvan Ermənistanın iqtisadi inkişaf perspektivlərini məhz daxili inflyasiyanın nəzarətdə saxlanmasına qurban vermək məcburiyyətində qalıb.

Burada digər önəmli məqam isə Ermənistanın iqtisadi inkişaf perspektivlərinin məhz Rusiya iqtisadiyyatının durumundan asılı olması ilə bağlıdır. Hazırda Rusiya iqtisadiyyatının beynəlxalq sanksiyalara tab gətirməsi Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Rusiyaya qarşı sanksiyaların əsas təsiri Ermənistanda “qiymət şoku”nun yaşana biləcəyi ilə bağlıdır.

Digər tərəfdən, Rusiyaya qarşı sanksiyalar Ermənistanda “investisiya səbəti”ni də boşaltmağa başlayıb. Bu ölkəyə investisiya qoyuluşunun 60 faizi Rusiyanın payına düşürdü. Ermənistan Rusiyadan pul köçürmələri prosesindən ciddi şəkildə asılıdır. Çünki, bu ölkəyə fərdi pul köçürmələrinin 40-50 faizi də yenə Rusiyanın payına düşür. Rusiyada gəlirlərin aşağı düşməsi, iş yerlərinin ixtisarı Ermənistanı bu maliyyə qaynağından məhrum edə bilər. Bura Rusiyada işləyən ermənilərin geri dönmək məcburiyyətini də əlavə etdikdə Ermənistanı necə ağır bir dövrün gözlədiyini təsəvvür etmək çətin deyil.

59598.jpg (408 KB)

Təbii ki, bütün bunlar Rusiyanın Ermənistana təzyiqlərini daha effektiv etmək imkanları açır. Ona görə də, Kreml bu imkanlardan istifadə etmək üçün biolaboratoriyalar da daxil olmaqla, bəzi təzyiq mövzularını gündəmə gətirir. Və rəsmi İrəvanı prinsipial seçimə məcbur etməyə çalışır.

Hazırda Kreml üçün Ermənistanın Rusiyaya qarşı sanksiyaları dəlməyə kömək etməsinə nail olmaq böyük əhəmiyyət daşıyır. Buna nail olarsa, Kreml sanksiyaların təsiriini nisbətən zəiflətmək baxımdan, kiçik də olsa, bir “pəncərə” qazana bilər. Və bu məsələdə rəsmi İrəvana həm təzyiq göstərilir, həm də Ermənistanın dərin böhrana yuvarlanmasını fürsətə çevirib, şirnikləndirməyə çalışılır.

Məsələ ondadır ki, Rusiya enerji resursları ixracından hələ də fantastik məbləğdə maliyyə vəsaiti qazanır. Ancaq sanksiyalar Rusiyanın “idxal pəncərələri”ni daraltdığından həmin pul kütləsinin əhəmiyyətli hissəsi istifadə edilə bilmir. Və Rusiya bu maliyyə kütləsinin bir hissəsini Ermənistan vasitəsilə yeni “idxal pəncərəsi” açaraq, sanksiyaların zəiflədilməsinə yönəltmək istəyir.

Onu da qeyd etmək lazımdır ki, Rusiyaya belə bir “idxal pəncərəsi” açmaq əslində, Ermənistana da sərfəlidir. Belə ki, Kreml Ermənistanın xarici ölkələrdən Kremlə lazım olan məhsulların alınaraq, Rusiyaya nisbətən baha qiymətə satılmasını istəyir. Və bu “paralel idxal”ın doğuracağı aradakı qiymət fərqi rəsmi İrəvanın maliyyə problemləri üçün müvəqqəti əlac ola bilər.

Ancaq bu, Ermənistan kimi kiçik və iqtisadiyyatı zəif ölkə üçün asan məsələ deyil. Birincisi, Ermənistan üzərindən Rusiyanı bu ölkəyə satışı qadağan olunmuş mallarla təmin etmək mümkün deyil. İkincisi, Rusiyanın Ermənistanı cəlb etməyə çalışdığı “paralel ixrac” əməliyyatı ABŞ və Qərb ölkələrinin diqqətindən yayına bilməz. Yəni, istənilən halda, Ermənistanı ciddi problemlər gözləyir.

nocomment_7b640d664788d2ee40fd439108b905a1_zatbqsxlrm17opguvw6n-e1601888562938.jpg (84 KB)

Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı o qədər zəif və kiçikdir ki, böyük həcmdə idxal dərhal Rusiyaya sanksiya tətbiq edən ölkələrin diqqətini çəkə bilər. Bu halda, Rusiyanın Ermənistan ilə planlaşdırdığı “paralel idxal” əməliyyatının üstünün açıla biləcəyi qətiyyən şübhə doğurmur. Və bu, Paşinyan hakimiyyətinə olduqca ciddi problemlər yarada bilər.

Ona görə də, Paşinyan hakimiyyəti Kremlin planlarından şirniklənsə də, Ermənistanı ABŞ və Qərbin hədəfinə çevirməmək üçün ehtiyatlı davranmaq məcburiyyətindədir. Rəsmi İrəvan Kremlə Rusiyanın Ermənistanda Qərb texnologiyaları ilə məhsul istehsal edən müəssisələrin maliyyələşdirilməsini təklif edir. İstehsal olunan məhsulların da Rusiyaya ixracını mümkün hesab edir.

Onu da qeyd edək ki, Rusiya Ermənistan da daxil olmaqla, bəzi MDB ölkələri üzərindən “paralel idxal” prosesinə mart ayının sonlarında başlayıb. Yəni, rəsmi İrəvan artıq bu prosesə bulaşmış kimi görünür. Yəqin ki, ABŞ və Qərb yaxın vaxtlarda bu məsələyə reaksiya vermək məcburiyyətində qalacaq.

Nəzərə alsaq ki, ABŞ və Qərb Ermənistanın davranışlarını ciddi şəkildə müşahidə etməyə başlayıb. Bir müddət öncə ABŞ səfiri L.Treysi Ermənistan banklarına Rusiyaya qarşı sanksiyalara riayət olunması barədə xəbərdarlıq etmişdi. Çünki, bəzi Rusiya biznes adamları pul köçürmələri ilə bağlı problemlərini məhz Ermənistan bankları üzərindən həll etməyə çalışırlar. Bütün bunlar, xüsusilə də, rəsmi İrəvanın Rusiya ilə “paralel idxal” əməliyyatında iştirak etməsi Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Analiz

ABŞ geri çəkildi, Türkiyəyə güzəştə getdi: Kreml-Ankara qarşıdurması yaranır

02/07/2022
Analiz

Rusiyaya qarşı yeni “defolt planı” işə salındı: Ukrayna savaşının taleyini G7 həll edəcək

26/06/2022
Analiz

Ukrayna savaşı qlobal müharibəyə çevrilir: NATO Rusiya ilə silahlı toqquşma planları qurur

22/06/2022
1-MANŞET

“Rus baharı” Kremli MDB məkanından çıxarır: Rusiya “xaos diktaturası”na yaxınlaşır

20/06/2022
Analiz

Ukrayna savaşının nə vaxt və necə sona çatacağı elan edildi: Dünya üçün ən qorxunc ssenari reallaşır

20/06/2022
Analiz

Makronun ritorikasındakı dəyişikliyin səbəbi nədir? – TƏHLİL

16/06/2022
SON XƏBƏR

Bərdədə üzücü olay:Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı

Füzulidə 23 yaşlı gənc minaya düşdü

Festivaldan xoş GÖRÜNTÜLƏR - VİDEO

Xəbər lenti

Fatimədən ombasını böyüdən məşhurlara: “Mənim heç yerim sallanmır” – VİDEO

2022/07/02 21:37

Rifahın keşikçisi, sabitliyin dayağı – Azərbaycan polisi

2022/07/02 21:30

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 19:40

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 19:29

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 19:18

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 19:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 18:56

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 18:45

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/02 18:22

“Bakıda keçirilən Ümundünya Şəhər Forumu dünyada şəhərsalma mədəniyyətinə böyük töhfələr verəcək”.

2022/07/02 18:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/02 18:06

4 milyardlıq fırıldağa imza atan “Kripto kraliçası” axtarılır – Yerini deyənə 100 min dollar veriləcək

2022/07/02 17:50

“Çeburaşka”nın yaradıcısı vəfat edib

2022/07/02 17:32

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/02 17:30

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/02 17:21

Cənublu müğənni ilə Rəqsanə arasında qalmaqal: “Alver etmirik ki…” – VİDEO

2022/07/02 17:05

Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş… – FOTO

2022/07/02 16:47

Qurban Qurbanovdan gənclərə dərs: Heç bir zərbəsi boşa getmədi – VİDEO

2022/07/02 16:31

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

2022/07/02 16:21

Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub

2022/07/02 16:14

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

2022/07/02 16:01

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

2022/07/02 15:48

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

2022/07/02 15:35

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

2022/07/02 15:21

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.