Enerji böhranından sonra ərzaq böhranı qapıdadır.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vikodimir Zelenski xəbərdarlıq edib.
Rusiyanın əsas ixrac marşrutlarını bağladıqdan sonra 22 milyon ton taxılın anbarlarda gözlədiyini deyən Zelenski, “İyul ayında, bir çox ölkə keçən ildən məhsul ehtiyatlarını tükəndirdikdə, fəlakətin böyüklüyünü anlayacaqlar” dedi. Vladimir Zelenski bildirib ki, son günlər dünyanı yeni böhran gözləyir: “Rusiya ilə bağlı enerji böhranından sonra ikinci böhran ərzaq böhranı olacaq”-o qeyd edib.
Zelenski bu dəfə ölkəyə ixracı mümkün olmayan taxıllarla bağlı da açıqlama verib, o, vəziyyəti qlobal ərzaq təhlükəsizliyi üçün potensial “fəlakət” kimi qiymətləndirib. Prezident Zelenski açıqlamasında “Bu gün 22 milyon ton taxıl var. anbarlarda saxlanılır. Biz onları lazım olan beynəlxalq bazarlara çatdıra bilmirik. Aclıq tək gəlmir, həmişə vəziyyəti daha da ağırlaşdıran, insanların həyatını məhv edən və insanlar üçün təhlükəli şərait yaradan siyasi xaosla müşayiət olunur”, – deyə o qeyd edib.
Medianews.az