Adana polisi özünü Ankarada bir dövlət qurumunun mətbuat katibi, prokuror, vəkil, həkim və iqtisadçı kimi təqdim edərək vətəndaşları 3 milyon lirə aldatdığı iddia edilən 1 qadın və 3 kişini saxlayıb.
Medianews.az xəbər verir ki, qadının tətbiq etdiyi fırıldaq üsulu insanların ağlına Hollivud istehsalı olan “Bacarsan məni tut” filmini gətirib.
Adana Təhlükəsizlik qrupları 42yaşlı Aslı Ceyhan A. adlı qadının əhəmiyyətli bir dövlət qurumunda özünü məsləhətçi, prokuror, vəkil, həkim və iqtisadçı kimi təqdim edərək vətəndaşları aldatdığını müəyyən edib.
Bunun ardından polis 6 ay əvvəl qadını texniki və fiziki olaraq təqib etməyə başlayıb. Bunun üzərinə polis mayın 26-da səhər saatlarında keçirdiyi əməliyyat zamanı qadınla birlikdə 4 şübhəlini saxlayıb. Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu məhkəmə-tibb sənədləri və rəqəmsal materiallar ələ keçirilib.
Səhhətləri yoxlanılan şübhəlilər sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.
Əməliyyatdan sonra şübhəlilərin fırıldaqçılıq üsulları ilə bağlı yeni detallar ortaya çıxıb. Şübhəlilərin fırıldaqçılıq üçün getdikləri əyalətlərdə lüks bir ev kirayəyə götürdükləri da sonra iş adamları, həkimlər və vəkillərlə görüşdükləri məlum olub. Bundan sonra Aslı Ceylan A.-nın bu şəxslərə “Mən yüksək səviyyəli ictimaiyyətdə iqtisadi məsləhətçiyəm” deyərək onları aldatması müəyyən edilib.
Şübhəli Aslı Ceylan A.-nın dələduzluq etdiyi şəxsləri və onların peşəsini öyrəndiyi, daha əvvəl diksiya təhsili aldığı və geyimi ilə zərərçəkənlərə təsir etdiyi iddia edilib. Şübhəlilərin bu üsulla 30-dan çox adamı 3 milyon lirə ilə aldatdıqları, deşifrə edilərkən əyaləti dəyişərək yoxa çıxdıqları qeyd edilib.
Qeyd edək ki, Aslı Ceylan A.-nın fırıldaq üsulu rejissor Stiven Spilberqin baş rolda Leonardo Di Kaprionun yer aldığı “Bacarırsan məni tut” filmini gündəmə gətirib. Filmdəki Di Kaprio prokuror, həkim, birjaçı libasına girib vətəndaşları aldadan adamı canlandırır.
Medianews.az