Türkiyədə 16 yaşlı orta məktəb şagirdi təhsil mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Hatay şəhərində baş verib.
Gənc qızın özünü atması və ətrafdakıların onu tutmağa çalışdığı anlar kameralara əks olunub. Binanın aşağısına toplaşan şəxslər gənc qızı tutmağa çalışsalar da buna nail ola bilməyiblər. Asfalta çırpılan gənc qızı avtomobillə xəstəxanaya aparıblar. Vəziyyəti ağır olan gənc qız bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Medianews.az