Bakının Nərimanov rayonu ərazisində yeni inşa edilmiş binadan 2 qaraj alan şəxs əmlakının başqasına satıldığını iddia edib.
“Qafqazinfo”nun məlumatına görə, Mirəli Qaşqay küçəsi, 987-ci məhəllədə “Star” MTK tərəfindən tikilmiş binadan mülk alan Möhübbət Əsgərov həmin əmlaklarının başqasına satılması şikayəti ilə Nərimanov Rayon Polis İdarəsinə üz tutub. O bildirib ki, 2015-ci ildə qarajları almaq üçün “Star” MTK-ya 40 min manat ödəyib. Bina tikilib təhvil verildikdən sonra isə həmin qarajların başqasına verilməsi məlum olub.
Müraciətlə bağlı Nəraimanov Rayon Polis İdarəsində araşrıma aparılır.