Son günlər Ukraynanın müdafiəsi effektiv qalsa da, Rusiya silahlı qüvvələri döyüş əməliyyatlarının aparılmasında müəyyən irəliləyiş əldə edib və üçüncü müdafiə xəttini hazırlayırlar.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) verib.
Toplanmış məlumatlara görə, ISW bildirir ki, rus qoşunları Luqansk vilayətinin 95%-dən çoxunu nəzarətə götürüb və yəqin ki, onların məqsədi Severodonetskin yaxın günlərdə ələ keçirilməsini başa çatdırmaqdır.
ISW ekspertlərinin əsas nəticələri :
• Rusiya qoşunları Xarkov və Donetsk vilayətlərinin sərhədləri yaxınlığında İzyumun cənub-şərqinə doğru irəliləməyə uğursuz cəhd göstərib.
• İşğalçılar Severodonetskin mühasirəsini davam etdirdilər və yəqin ki, yaxın günlərdə Severodonetsk-Lısiçansk bölgəsini tamamilə mühasirəyə almağa çalışırlar.
• Onlar durmadan cənuba və qərbə, Popasnayadan Baxmuta doğru irəliləyirlər, lakin şəhərin özünə yaxınlaşdıqca rusların irəliləyiş sürəti azalacaq.
• Çox güman ki, cənub istiqamətinin işğal olunmuş ərazilərindəki Rusiya qoşunları regiona uzunmüddətli nəzarəti möhkəmləndirmək və Ukraynanın gələcək mümkün əks-hücumlarını dəf etməyə hazırlaşmaq üçün “üçüncü müdafiə xətti” hazırlayır.
Leyla, Medianews.az