Çin və Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) Şimali Koreyaya qarşı son ballistik raket sınaqlarına görə sanksiyaların artırılmasını tələb edən qanun layihəsinə veto qoyub.
Medianews.az xəbər verir ki, ABŞ-ın təklif etdiyi qanun layihəsi dünən 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının iclasında səsə qoyulub. 13 ölkə qanun layihəsini dəstəklədiyi halda, Çin və Rusiya əleyhinə səs verib.
Qanun layihəsi Şimali Koreyaya neft ixracının azaldılmasını və bəzi məhsulların ixracının qadağan edilməsini nəzərdə tutur.
Xatırladaq ki, Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun, təklif olunan sanksiyaların Covid-19 epidemiyası ilə mübarizə aparan Şimali Koreya üçün dağıdıcı nəticələr verəcəyini və bunun gərginliyi daha da artıracağını bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassili Nebenzia da ABŞ-ı Şimali Koreyaya qarşı düşmənçilikdə ittiham edib.
Leyla, Medianews.az