Kipr Rum Administrasiyasının (GCA) lideri Nikos Anastasiadis Fransanın FRANCE 24 kanalına müsahibəsində Türkiyənin Kiprdəki mövcudluğunu Rusiyanın Ukraynanı işğalı ilə müqayisə edib.
Medianews.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunda Türkiyə ilə eyni arqumentlərdən istifadə etdiyini irəli sürən Anastasiades, Rusiyanın da Türkiyə kimi coğrafi və tarixi məlumatları dəyişməyə çalışdığını iddia edib.
Türkiyə ilə Şərqi Aralıq dənizi arasında yaşanan enerji gərginliyinə gəlincə, Kipr Rum lideri bildirib: “Ümid edirəm ki, Türkiyə regionda sülhü pozacaq heç bir addım atmayacaq”.
Anastasiades Türkiyənin etirazına baxmayaraq, Kiprdə iki icmalı federasiya həlli üçün səylərini davam etdirəcəklərini bildirib.
Leyla, Medianews.az