Avropada son altı gündə yoluxmaların sayı təxminən beş dəfə artıb.
Medianews.az xəbər verir ki, AVROPA Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi ( ECDC ) Meymun Çiçəyi virusunun daim mövcud olduğu Afrika ölkələrindən kənarda 219 yoluxmanın açkarlandığını açıqlayıb.
ECDC-nin epidemiya ilə bağlı son bəyanatında virusun əsasən homoseksual gənc arasında yayıldığı müəyyən edilib.
Bu ayın əvvəlində meymun xəstəliyinin ilk dəfə görüldüyü İngiltərədə 71, İspaniyada 51, Portuqaliyada 37, Kanadada 15 və ABŞ-da 9 xəstə aşkarlanıb. ECDC yoluxma riskinin çox aşağı olduğunu qeyd etsə də, təkcə Avropa İttifaqı ölkələrində yoluxma hallarının sayı təxminən beş dəfə artıb. Xəstəliyin yüngül simptomlarla keçdiyi qeyd edilsə də, hələlik ölüm faktı qeydə alınmayıb.
Qeyd edək ki. çiçəkdən daha yüngül xəstəlik olan meymun çiçəyi qərbi və mərkəzi Afrikanın 11 ölkəsində endemikdir. Xüsusi peyvənd və ya müalicə olmasa da, çiçək peyvəndi bu virusa qarşı 85% qoruyur. Həmçinin, xəstələr peyvənd olunmamış olsalar belə, adətən bir neçə həftə ərzində sağalırlar.
Leyla, Medianews.az