Rusiya Mərkəzi Bankı bu gün siyasət faizini 14 faizdən 11 faizə endirib.
Medianews.az xəbər verir ki, bank aprelin 29-da uçot dərəcəsini 17 faizdən 14 faizə endirib.
Ukraynadakı müharibənin mənfi təsirləri, rubl və inflyasiyaya tətbiq edilən sanksiyalara qarşı fevralın 28-də keçirilən növbədənkənar iclasla faiz dərəcəsini 9,5 faizdən 20 faizə qaldıran Rusiya Mərkəzi Bankı, daha sonra 8 aprel tarixində rublun bərpası ilə 300 bənd endirmişdi.
Xatırladaq ki, Rusiya rublunun dəyəri ötən həftə dollar və avro qarşısında son 5 ilin ən yüksək həddinə yüksəlib.
Faiz qərarının izahat mətnində bank gələcək görüşlərdə siyasət faizini yenidən endirmək imkanlarına açıq olduqlarını bildirib.
Bank həmçinin Rusiyada illik inflyasiyanın 2023-cü ildə 5-7 faiz aralığına düşəcəyini, 2024-cü ildə isə yenidən 4 faizə enəcəyini gözlədiyini açıqlayıb.
Qeyd edək ki, apreldə Rusiyada inflyasiya 17,4 faiz təşkil edib.
Leyla, Medianews.az