İllər əvvəl yayımlanan “İşte Benim Stilim” yarışması ilə adından söz etdirən sosial media fenomeni Bahar Candan sosial media hesabından pul qarşılığında onunla Dubaya gələcək birini axtardığını açıqlayıb.
Medianews.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Bahar Candan axtardığı maraqlı meyarları sadalamağı da əsirgəməyib.
Ötən il sosial media hesabında paylaşım edərək gündə 200 dollara dost axtaran Candan bu dəfə onunla Dubaya gələcək birini axtarmağa başlayıb. İnstaqram hesabında kriteriyalarını qeyd edən Candan, “Mənimlə Dubaya gələcək dost axtarıram. 18-23 yaş, 1.70 sm və yuxarı, 56-60 kilo görünüşlü qızlar. 7 ulduzlu otel, Mənimlə biznes klass uçmaq imtiyazı. 6 gün cəmi 300 dollar hər gün. İndi müraciət edin”, – deyə paylaşım edib.
Medianews.az