Amnesty İnternational təşkilatı “Ölüm hökmləri və edamlar 2021” adlı yeni hesabat yayıb. Hesabatda qlobal əsasda hərtərəfli araşdırma aparılıb və ölkələr üzrə icra nisbətləri müzakirə edilib.
Medianews.az xəbər verir ki, cinayətkarların edam nisbətinin 2021-ci ildə yüzdə 20 artdığı bildirilmiş və bu vəziyyətə daha çox Çində rast gəlindiyi vurğulanır. Çinin ən azı 1000 vətəndaşını gizli şəkildə edam etdiyi və bu insanlarla bağlı bütün təfərrüatları gizlətdiyi iddia edilir.
Eyni zamanda, 2020-2021-ci illəri əhatə edən hesabatda edamların əksəriyyətinin beynəlxalq narkotik alverçilərini əhatə etdiyi vurğulanıb.
Amnesty həmçinin təklif edir ki, səyyar ölüm maşınları 2003-cü ildən məhbusların həbsxanaya köçürülməsinə ehtiyac olmadan edam edilməsinə icazə verir.
Amnesty İnternationalın Çin üzrə tədqiqatçısı Kai Onq, “yeni ölüm hökmlərinin və edamların sayının yaxın gələcəkdə əhəmiyyətli dərəcədə azalacağı ehtimalı azdır” deyə bildirib.
Leyla,Medianews.az