İngiltərədə hökumətin Covid dövründə epidemiyanın yayılmasının qarşısını almaq üçün öz qaydalarını pozduğuna dair ittihamlarla bağlı başladılan istintaqın ətraflı hesabatı bu gün dərc edilib.
Medianews.az xəbər verir ki, araşdırma aparan yüksək vəzifəli bürokrat Sue Grey, 10-dan çox partiya və iclasda hökumətin öz qaydalarını və qadağalarını pozduğunu, məsuliyyətin xüsusilə ən yüksək səviyyəli siyasətçi və bürokratlara aid olduğu qənaətinə gəlib.
Qeyd edək ki, Baş nazir Boris Conson hesabatla bağlı parlamentə verdiyi açıqlamada “mən tam məsuliyyəti öz üzərimə götürürəm” deyə bildirib. Syu Qreyə və London Polis Departamentinə araşdırmalarına görə təşəkkür edən Conson bir daha İcmalar Palatasından üzr istəyib.
Xatırladaq ki, 2021-ci ildən bəri mediaya sızan çoxsaylı fotoşəkillər, hökumət üzvlərinin iki illik fasiləli Covid qadağaları dövründə bir neçə dəfə ofislərində məclislərdə olduğunu ortaya qoyub. Baş nazir Boris Conson, həyat yoldaşı Kerri və maliyyə naziri Rishi Sunak da daxil olmaqla 126 siyasətçi və məmur, Baş Nazirlik və hökumət idarələrində Covid qadağalarını pozma iddiaları ilə əlaqədar London Polis Departamentinin başlatdığı istintaqda cərimələnib.
Leyla, Medianews.az