Medianews.az xarici mediaya istinadən xəbər verir ki,Mariupolda qəzanın zirzəmisindən 200 cəsəd çıxarılıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsindən artıq üç ay keçib. Gərginlik hələ də davam edir, Ukrayna hakimiyyəti Mariupol liman şəhərində yaşayış binasının qalıqlarını qazan fəhlələrin zirzəmidə 200 cəsəd tapdığını və xarabalığa çevrilmiş şəhərdə daha çox dəhşətin baş verdiyini açıqlayıb. Müharibənin ən ağır iztirablarının məhz burada yaşandığı qeyd edilib. Digər tərəfdən, Rusiyanın separatçıların nəzarətində olan Donbasda hücumlarını gücləndirdiyi bildirilib.
Ukrayna rəsmiləri bildiriblər ki, Mariupolda dağıntıları təmizləyən işçilər 200-dən çox cəsəd tapıblar. Liman şəhəri merinin müşaviri Petro Andryuşenko elan edib ki, işçilər cəsədləri Mariupolda uçmuş yaşayış binasının zirzəmisində işləyərkən tapılıb. Andryuşşenko meyitlərin çürüdüyünü və üfunət iyinin bütün məhəlləyə yayıldığını bildirib.
Medianews.az