Şənbə, 13 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… – FOTOLAR

TURAN
25/05/2022 13:37
99
BAXIŞ
FacebookTwitterTelegram

O, iki “qanuni oğru”nun arvadı olmuşdu. Əslində, onun özü də oğru aləminin ən yüksək titulunu ala bilərdi. Amma oğru qanunları qadına ad almağa icazə vermirdi.

Əvəzində isə bu bakılı qıza “oğruların anası” titulu verilmişdi.

Bakıda, yəhudi ailəsində anadan olmuşdu Kalina Nikiforova.

Çox erkən ərə getmişdi. Atası da yox, babası yaşlı kişiyə. Əri zərgər idi Kalinanın. Ailə qurandan bir neçə il sonra əri dünyasını dəyişir. Onun var-dövləti isə Kalinaya qalmışdı. İlk baxışdan adama elə gəlirdi ki, bu qədər var-dövlət ona ömrünün sonuna qədər bəs edəcək. Amma Kalina başqa yolu tutdu.

Medianews.az oxu.az-a istinadən bildirir ki, əvvəlcə Bakının ən məşhur mağazalarından olan “Beryozka”da (şəhərdə valyuta ilə alver edilən yeganə məkan idi) işə düzəlir. Qısa zamanda özü də kifayət qədər pul qazanır. Çox keçmir ki, təkcə valyuta satanların, fırıldaqçıların yox, həm də məmurların diqqət mərkəzinə düşür. Bir qədər də keçir, adı varlı adamların evlərinin qarət edilməsində hallanır. Və həyat sanki onu həbsə yuvarlayırdı.

Deyilənə görə, 70-ci illərdə Yuri Qorbatıy adlı qanuni oğru əsasən yəhudilərdən ibarət və Kalinanın da üzvü olduğu “Xunta” adlı qrup yaradıbmış. Dəstə Sovet İttifaqını tərk edərək İsrailə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Gömrük işçiləri arasında öz adamlarını yerləşdirən “xaç anası” İsrailə gedən adamların hansı yüklə vətənə yollanacaqlarını öyrənir və əlaltılarına xəbər verirdi. 1975-ci ildə, 30 yaşındaykən Kalina həbs edilir. Nikiforovaya üç il həbs cəzası kəsilir. O, Mojayskdakı həbsxanaya göndərilir. 3 il ərzində bütün qadın dustaqların hörmətini qazanır, onların hamisinə çevrilir. Həbsxanada qadınlara qarşı haqsızlığa üsyan edir, dəfələrlə “kars”a salınır. Tezliklə, Kalinanın adı İttifaq miqyasında kriminal aləmdə məşhurlaşır.

Həbsdən çıxandan sonra Bakıya qayıtmır. Moskvada məskunlaşır. Kriminal aləmdə “Yuliya” ləqəbi ilə tanınır. Həmin vaxt isə gələcəyin məşhur “qanuni oğru”larından olan Vyaçeslav İvankov, “Yaponçik”lə tanış olur.

Sovet dövründə işsiz adamı tüfeyli həyat tərzi keçirməkdə günahlandırırdılar. Buna görə də, Moskvadakı pivə barlarından birində ofisiant kimi işə başlayır. Elə İvankovla da burada tanış olur. Bir il sonra onların oğlu dünyaya gəlir. Uşağa Viktor adı verilir. Maraqlıdır ki, illər keçəcək, Viktor da “qanuni oğru” titulu alacaqdı.

Oğru qanunlarına görə belə adamlar evlənməli, ailə sahibi olmalı deyildilər. Ancaq “oğru dünyası”nda onları “oğru ailəsi” hesab edirdilər.

40 yaşlarında bu qadın artıq milyonçu idi.

Kalina Nikiforova bir neçə gizli kazino açmışdı. Oradan külli miqdarda pul axırdı xəzinəsinə. O pulların böyük hissəsi isə həbsxanalara, imkansız dustaqlara göndərilirdi.

80-ci illərin əvvəllərində onun biznesinin əsasını Yakutiyadan gətirilən qaçaq brilyant və almaz təşkil edirdi. Həmin qiymətli əşyalar isə İsraildən tutmuş keçmiş sosialist düşərgəsi ölkələrinədək imkanlı şəxslərə satılırdı.

“Yaponçik” növbəti dəfə uzun müddət həbsə getdikdən sonra özünə yeni ər tapmışdı. Bu adam “qanuni oğru”, “Professor” ləqəbli Rubik Sarkisyan idi. Ömrünün son illərini Kalina və Rubik İrəvanda keçirmişdilər.

80-ci illərin sonunda onlar Amerikaya getməyə cəhd göstərdilər. Hər şey dəqiqliklə hazırlandı. Hətta hansı şəhərdə məskunlaşacaqları belə bəlli idi.

Amma hər şey qəfil dəyişdi.

1988-ci ilin fevralında Kalina gözlənilməz şəkildə ürək tutmasından vəfat etdi.

Kalina yuxarıda dediyimiz kimi, “qanuni oğru” adı ala bilməzdi. Araşdırmaçı-jurnalist İlqar Əlfinin Lent.az-a dediyinə görə, indiyədək heç bir qadına “qanuni oğru” adı verilməyib.

“Eləcə də Kalinaya. “Pəncəli Aslan” Klara, Fatma, bəli bunlar avtoritet olublar. Amma “qanuni oğru” olmayıblar. Fatmadan soruşurdum ki, niyə qadınlara “qanuni oğru” adı verilmirdi. Deyirdi, qadınlar hisslərinə çox tabedilər. Çünki məsuliyyətini çəkə bilmirlər. Ona görə də, onlara ad verilmirdi və düz də deyirdi”.

Hə, ad verilməmişdi. Amma SSRİ-də onu “qanuni oğrular”ın anası kimi tanımışdılar…

DAHA ÇOX OXU

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı
1-MANŞET

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

13/08/2022 21:09
Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı
1-MANŞET

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

13/08/2022 21:07
İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi
1-MANŞET

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

13/08/2022 21:03
Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO
export

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

13/08/2022 15:04
Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq
Cəmiyyət

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

13/08/2022 14:59
Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama
Cəmiyyət

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

13/08/2022 14:57
SON XƏBƏR
Fidan ilk dəfə 26 yaşlı bacısını itirdiyini açıqladı – VİDEO

Fidan ilk dəfə 26 yaşlı bacısını itirdiyini açıqladı – VİDEO

8 yaşlı qız FACİƏVİ şəkildə öldü

8 yaşlı qız FACİƏVİ şəkildə öldü

Elza Seyidcahanla jurnalist arasında MÜBAHİSƏ: “Camaatdan niyə pul yığırsan?” – VİDEO

Elza Seyidcahanla jurnalist arasında MÜBAHİSƏ: “Camaatdan niyə pul yığırsan?” - VİDEO

Xəbər lenti

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

13/08/2022 21:09

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

13/08/2022 21:07

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

13/08/2022 21:03

Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib

Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib

13/08/2022 18:06

Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb

Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb

13/08/2022 17:56

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak ediblər

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak ediblər

13/08/2022 17:48

Əliyev Ermənistana “yol xəritəsi” cızıb: Paşinyan isə icra edir, erməni silahlılar çıxarılır

Əliyev Ermənistana “yol xəritəsi” cızıb: Paşinyan isə icra edir, erməni silahlılar çıxarılır

13/08/2022 16:53

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

13/08/2022 16:11

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

13/08/2022 15:04

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

13/08/2022 14:59

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

13/08/2022 14:57

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

13/08/2022 14:47

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

13/08/2022 14:38

Mövqelərimiz 8 dəfə atəşə tutulub

Mövqelərimiz 8 dəfə atəşə tutulub

13/08/2022 14:26

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

13/08/2022 12:59

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

13/08/2022 12:39

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

13/08/2022 12:29

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

13/08/2022 12:22

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

13/08/2022 12:19

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

13/08/2022 12:13

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

13/08/2022 12:13

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

13/08/2022 12:06

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

13/08/2022 11:55

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

13/08/2022 11:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.